21
aprel
2020
15:19
11 567


Universal kart

AdRiver


Afaq Bəşirqızı “Ana müqəddəsdir” deməlidir, ana söyüşü söyməməlidir

Xalq artisti Afaq Bəşirqızı efirdə ana söyüşü söyüb. Bir müddət əvvəl xalqı aşağılayan, bəzi kəndlilərin Bakıda zirzəmilərdə uşaq doğduğunu deyən aktrisa Afaq efirdə küçə söyüşü söyərək, elə “padval” mahiyyətində davranış sərgilədi.
Xalq artisti olan bir şəxs, uzağı, efirə bağlanıb “Ana müqəddəsdir” deməlidir, ana söyüşü söyməməlidir. Axı o özü də bir anadır, hər nə də olsa, anadır.
Bir müddət əvvəl onun deputatlıq məsələsi gündəmə gəlmişdi.Efirdə söyüş söyən birinin seçiciləri arasında nələr edəcəyini təsəvvürümə belə gətirə bilmirəm.
Özü də Afaq xanım kişi söyüşü söyüb.
Cümlədəki paradoksa baxın: xanım xalq artisti kişi söyüşü söyüb. Gör kişi olsaydı, nələr edərdi.
Təsəvvür edin, dünyanı pandemiya qorxusu bürüyüb, hətta terror təşkilatları sülhə meyil edirlər, hərbi münaqişələr dayanıb, insanlar bir-biri ilə sülh dili ilə danışırlar... və belə bir məqamda xalq artisti Afaq ana söyüşü söyür. Təəssüf...
Hörmət etdiyimiz, dəyər verdiyimiz bir sənətçinin ardıcıl olaraq belə davranışlar sərgiləməsinə həqiqətən təəssüf etdim.
İndi internet resurslarında Afaq Bəşirqızı ilə bağlı nəsə axtarılanda bu söyüş məsələsi qarşımıza çıxacaq.
O tariximizə ana söyüşü söyən qadın xalq artısti kimi düşdü!
Min təəssüf...
Diqqət etdinizsə, yazıda daha çox “Aktrisa Afaq”, “Afaq xanım” ifadəsini işlətdim, “Bəşirqızı” demədim.
Açığı, əlim yatmadı bu olaydan sonra Bəşir müəllimin adını onun adı ilə yanaşı yazmağa.
Afaq xanım, heç olmasa, atasının adına görə belə bir söyüşü nəinki dilinə, hətta leksikonuna yaxın qoymamalı idi. Afaqın isə dilində, təfəkküründə bu söz varsa…
Dil – təfəkkür tərzidir, düşüncədir, dünyagörüşdür. Ana söyüşü söyən ANA-nın – o ki xalq artisti ola – təfəkkürü adamı heyrətə salır.
Böyük sənətkarımız Bəşir Səfəroğlunun adının belə murdar bir olayda hallanmasından çox məyusam…

Xəbəri paylaşın




Digər xəbərlər:
Hafiz Hacıyevdən Afaq Bəşirqızına: “O vaxt Vəzirov da belə edirdi” – Müsahibə
Hafiz Hacıyevdən Afaq Bəşirqızına: “O vaxt Vəzirov da belə edirdi” – Müsahibə
16.04.20, Siyasət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
Sağlam olmaq istəyirsən? Daxili qorxularını dəf et!
Sağlam olmaq istəyirsən? Daxili qorxularını dəf et!
19.03.20, Cəmiyyət
Elza Seyidcahandan Manaf Ağayevə SƏRT SÖZLƏR — Tərbiyəsiz müğənnilərə görə...
Elza Seyidcahandan Manaf Ağayevə SƏRT SÖZLƏR — Tərbiyəsiz müğənnilərə görə...
09.03.20, Şou
"Ciddi tədbirlər görəcəyik" — Dövlət qurumundan Xoşqədəmin verilişinə ittihamlar
"Ciddi tədbirlər görəcəyik" — Dövlət qurumundan Xoşqədəmin verilişinə ittihamlar
11.01.20, Cəmiyyət
Nərminin meyitinin o formada ortaya çıxmasında məlum verilişin rolu var - RƏSMİ
Nərminin meyitinin o formada ortaya çıxmasında məlum verilişin rolu var - RƏSMİ
11.01.20, Hadisə
Vilayət Eyvazov müstəntiqi CƏZALANDIRDI — Bacı-qardaşın ölüm səbəbini ört-basdır edirmiş – SAXLANILAN VAR
Vilayət Eyvazov müstəntiqi CƏZALANDIRDI — Bacı-qardaşın ölüm səbəbini ört-basdır edirmiş – SAXLANILAN VAR
07.01.20, Cəmiyyət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət