12
may
2020
14:51
1583


Universal kart

AdRiver


Sabahın hava PROQNOZU

Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 10-na olan hava proqnozunu açıqlayıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Qanunla.az-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi arabir güclənəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14° isti, gündüz 19-23° isti, Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacaq.
 
Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.
 Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 13-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahtlıq hissi yarada bilər .

Xəbəri paylaşın




Digər xəbərlər:
Temperatur yüksələcək - SABAHIN HAVA PROQNOZU
Temperatur yüksələcək - SABAHIN HAVA PROQNOZU
11.05.20, Cəmiyyət
Balakəndə civə alverçiləri tutuldu - FOTO
Balakəndə civə alverçiləri tutuldu - FOTO
07.04.20, Hadisə
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyev doğru qərarlar qəbul etdi
İlham Əliyev doğru qərarlar qəbul etdi
27.03.20, Gündəm
Sabahın havası: Yağış, qar, güclü külək
Sabahın havası: Yağış, qar, güclü külək
17.03.20, Cəmiyyət
Hava kəskin soyuyur: Qar yağacaq - Xəbərdarlıq
Hava kəskin soyuyur: Qar yağacaq - Xəbərdarlıq
13.03.20, Cəmiyyət
Kəskin və uzunmüddətli soyuqlar olacaq
Kəskin və uzunmüddətli soyuqlar olacaq
08.02.20, Cəmiyyət
Qar şimaldan Bakı istiqamətində nəqliyyatın hərəkətini çətinləşdirib
Qar şimaldan Bakı istiqamətində nəqliyyatın hərəkətini çətinləşdirib
02.01.20, Cəmiyyət
Yağış, qar yağacaq, duman olacaq - SABAHIN HAVASI
Yağış, qar yağacaq, duman olacaq - SABAHIN HAVASI
01.01.20, Cəmiyyət
2 dərəcə şaxta, duman, çiskin - İstirahət günlərinin HAVASI
2 dərəcə şaxta, duman, çiskin - İstirahət günlərinin HAVASI
13.12.19, Cəmiyyət