20
dekabr
2019
22:04
11 195


Universal kart

AdRiver


Leyla Əliyeva: Biz əl-ələ verib, onları həyata bağlayacağıq — FOTO

Bu gün “Həyat naminə” reabilitasiya mərkəzi fəaliyyət göstərəcək.
Qanunla.az oxu.az-a istinadən xəbər verir ki, sözügedən mərkəzdə dövrümüzün bəlasına çevirilmiş narkomaniyadan psixoloji, həm də fiziki baxımından əziyyət çəkən insanlar müalicə alacaqlar. Mərkəz Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Xalq artisti Emin Ağalarov və Rusiya Milli Antinarkotik İttifaqının (NAS) rəhbəri Nikita Luşnikovun təşəbbüsü ilə açılacaq.
Bu məqsədlə keçirilən mətbuat konfransında Milli Narkomaniya Əleyhinə Birliyin sədri Nikita Luşnikov layihə haqda danışaraq bunları deyib: 
“Artıq uzun illərdir bu bəladan əziyyət çəkən insanlarla çalışıram. Məmnunam ki, Azərbaycanda da təcrübəmdən faydalanacaqlar. Buna görə, Eminə və Leyla xanıma təşəkkürümü bildirirəm. İnanın ki, 15 illik təcrübəmdə narkotik asılılığı olanlara bu qədər həssas və qayğı ilə yanaşan insanlar görməmişdim. Emin üçün heç bir sərhəd, çətinlik yoxdur. Leyla xanım da daim köməyə ehtiyacı olanlara dəstək olur, əlindən gələni əsirgəmir”.
Xalq artisti Emin Ağalarov  mərkəzin fəaliyyətində üzərinə düşən hər bir vəzifəni yerinə yetirəcəyini qeyd edib: 
“Nikitayla bir neçə ildir tanışıq. O, həyatını bu bəladan əziyyət çəkənləri xilas etməyə həsr edir. Narkomaniyadan əziyyət çəkən insanlarla ünsiyyət qurandan sonra konkret bir qərar verdim. Onların həyatını dəyişmək üçün əlimdən nə gəlirsə, edəcəm. Onlar həyatlarını dəyişib iş adamı, rəhbər şəxs, vəzifə sahibi ola bilərlər. Niyə də yox?!  Həyatın dibindən çıxıb, doğru yola yönələ bilərlər. Artıq reabilitasiya mərkəzinin təmir işləri başlanılıb və güman edirəm ki, tezliklə fəaliyyətə başlayacaq. Sağ olsun Leyla xanım, dostlarım, yaxınlarım, onlar bu işdə bizə dəstək olurlar. Düşünürəm ki, bu məsələdə üzərimə düşən işin öhdəsindən gələ biləcəyəm”.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva isə öz çıxışında bu gözəl təşəbbüs üçün Emin Ağalarov və Nikita Luşnikova təşəkkür edib: 
“Əminəm ki, hər şey uğurlu olacaq və bu, sadəcə başlanğıçdır. İnsanlar bu bəlaya düçar olanlardan qorxmamalıdır. Əksinə, onlara yardımçı olmağa çalışmalıdırlar. Təssüf ki, bu cür insanlar özləri-özlərini cəzalandırırlar. Biz əl-ələ verib, onları həyata bağlayacağıq”.
Mətbuat konfransında həmçinin azyaşlılar üçün hazırlanan nağıl kitabları da təqdim olunub. Sözügedən nəşrlərdə orta məktəblərdə, bağçalarda balacalara birlik, saflıq, hörmət, dostluq hissləri aşılanılır. Tədbirdəki digər çıxışçılar bildirdilər ki, bu cür nəşrləri azyaşlılıar üçün həm də “kitab terapiyası” da adlandırmaq olar.
Qeyd edək ki, reabilitasiya mərkəzinin açılışı may ayında baş tutacaq. xəbər verir ki, sözügedən mərkəzdə dövrümüzün bəlasına çevirilmiş narkomaniyadan psixoloji, həm də fiziki baxımından əziyyət çəkən insanlar müalicə alacaqlar. Mərkəz Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Xalq artisti Emin Ağalarov və Rusiya Milli Antinarkotik İttifaqının (NAS) rəhbəri Nikita Luşnikovun təşəbbüsü ilə açılacaq.
Qeyd edək ki, reabilitasiya mərkəzinin açılışı may ayında baş tutacaq.
 
 
 
 
 
 

Xəbəri paylaşın




Digər xəbərlər:
Prezident İlham Əliyev Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb
Prezident İlham Əliyev Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb
20.12.19, Siyasət
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
20.12.19, Siyasət
Lerikində icra başçısı həbs oluna bilər- İddia
Lerikində icra başçısı həbs oluna bilər- İddia
19.12.19, Gündəm
“Çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın” - Prezident
“Çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın” - Prezident
19.12.19, Siyasət
TÜRK PA-nın iclası: Bakı Bəyannaməsi qəbul olundu
TÜRK PA-nın iclası: Bakı Bəyannaməsi qəbul olundu
18.12.19, Cəmiyyət
Ukraynanın birinci xanımı Heydər Əliyev Mərkəzində - Foto
Ukraynanın birinci xanımı Heydər Əliyev Mərkəzində - Foto
18.12.19, Siyasət
Leyla Əliyeva “Zima-2019”un qala-konsertində - Foto
Leyla Əliyeva “Zima-2019”un qala-konsertində - Foto
15.12.19, Cəmiyyət
Türkiyəli ekoloq: "TANAP və STAR-da ətraf mühitin qorunmasına həssas yanaşılıb"
Türkiyəli ekoloq: "TANAP və STAR-da ətraf mühitin qorunmasına həssas yanaşılıb"
14.12.19, İqtisadiyyat
İlham əliyev SƏRƏNCAM İMZALADI
İlham əliyev SƏRƏNCAM İMZALADI
13.12.19, Siyasət
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
13.12.19, Cəmiyyət