10
dekabr
2019
10:59
1140


Universal kart

AdRiver


Yanğına görə yolda qalanlar nə etsin?

Xəbər verdiyimiz kimi, səhər saatlarında “Eurohome” Ticarət Mərkəzində baş verən yanğın səbəbindən Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırılıb. 
Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur:
“Vəziyyəti təhlil etdiyimiz zaman məsləhət görərik ki, Bakıdan Sumqayıt istiqamətində gedən sürücülər Sabunçu-Zabrat-Novxanı-Balaxanı yolu ilə hərəkət etsinlər. Çox sürücü düşünür ki, Biləcəridən keçmək daha məqsədəuyğundur. Ancaq hazırda bütün nəqliyyat vasitələri həmin istiqamətə hərəkət etdiyi üçün ərazidəki yolda sıxlıq müşahidə olunur. 
Sumqayıtdan Bakı istiqamətinə gələnlər isə ən yaxşı halda Sumqayıtdaxili dənizkənarı yolla Mehdiabad-Digah-Məmmədli-Maştağa-Sabunçu-Ziya Bünyadov yolu ilə hərəkət etsin.
Xırdalan dairəsi kimi tanınan ərazidən avtomobillərin hərəkəti sadəcə Xırdalan qəsəbəsinin daxilinə yönləndirilib.
Sürücülərdən xahiş edirik ki, yaranmış vəziyyəti təhlil edib düzgün qərar versinlər. Məhdudiyyət tam yanğın söndürülənə qədər davam edəcək”.

Xəbəri paylaşın




Digər xəbərlər:
Məhkəmədə media ilə işləyən xüsusi hakimlər təyin olundu
Məhkəmədə media ilə işləyən xüsusi hakimlər təyin olundu
10.12.19, Siyasət
Bakıda ilk dəfə Senya Sonun solo konserti keçirildi
Bakıda ilk dəfə Senya Sonun solo konserti keçirildi
10.12.19, Cəmiyyət
FHN helikopterdən çəkilən görüntüləri yaydı - Video
FHN helikopterdən çəkilən görüntüləri yaydı - Video
10.12.19, Hadisə
“ANS”in vitse-prezidenti yeni şirkət yaratdı - “ANS ÇM” üçün
“ANS”in vitse-prezidenti yeni şirkət yaratdı - “ANS ÇM” üçün
10.12.19, Gündəm
Firuzə İbadova İlhamənin oğlunun 7 min borcunu bağışladı
Firuzə İbadova İlhamənin oğlunun 7 min borcunu bağışladı
10.12.19, Şou
Çili Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi radarlardan itib
Çili Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi radarlardan itib
10.12.19, Dünya
35 kiloluq at əti aşkarlandı
35 kiloluq at əti aşkarlandı
05.12.19, Hadisə
“Protiv” yola çıxdı, özü və sərnişini öldü
“Protiv” yola çıxdı, özü və sərnişini öldü
05.12.19, Hadisə
Şirkət direktorunun əmlakına həbs qoyuldu
Şirkət direktorunun əmlakına həbs qoyuldu
05.12.19, Hadisə
“O yaxşılığı mən necə unudum, kim unuda bilər?”
“O yaxşılığı mən necə unudum, kim unuda bilər?”
05.12.19, Gündəm