16
iyun
2020
12:41
12 645


Universal kart

AdRiver


Dünya İВ, Azərbaycan və Rus bölməsi məktəblilərinin 250-dən artıq valideyinləri məktəbin rəhbərliyindən Mehriban Əliyevaya şikayət etdilər

Məlum olduğu kimi, yeni növ Koronavius (COVID-19) pandemiyası ilə əlaqədar baş vermiş böhran bir sıra sahələri iflic etdiyi kimi, təhsil sahəsində də müəyyən çətinliklər yaranmışdır. Belə ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən 03.03.2020-ci il tarixindən etibarən 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmışdır.Buna baxmayaraq Dünya Məktəbinin rəhbərliyi valideynlərdən ödəniş tələb edir.
Dünya Məktəbin rəhbərliyi valideyinlərə bildirib ki, hər bir valideyn ödənişi həyata keçirməlidir. Əks halda ödənişi olunmayan şagird sinifdə qalacaq.
250-dən çox narazı valideyinlər (ümumilikdə 450 şagird) adından Qanunla.Az saytına daxil olmuş şikayət məktubunda  məktəb haqqında narazılıq bildirirlir.Bir qrup valideyn tərəfindən redaksiyamız vasitəsilə  Dünya məktəbinin direktoru Nailə İsaxanlıdan Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Xanım Mehriban Əliyevaya,Baş nazir Əli Əsədov və Təhsil naziri Ceyhun Bayramova ünvanlanmış məktubu olduğu kimi təqdim edirik: 

Hörmətli Birinci Vitse-Prezident Mehriban Xanım Əliyeva!
Hörmətli Baş nazir cənab Əli Əsədov!
Hörmətli Təhsil naziri cənab Ceyhun Bayramov!

Azərbaycan Respublikasının ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən 03.03.2020-ci il tarixindən etibarən 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmışdır.Mövcud vəziyyətlə əlaqədar onlayn dərslər təşkil olunsa da, şagirdlər müəllimlərlə və şagird yoldaşları ilə birbaşa ünsiyyətdən, eləcə də məktəb tərəfindən təşkil edilən əlavə tədrisdən (idman, musiqi, rəqs, rəsm dərsləri) məhrum olmuş, dərs saatları 8 saatdan 3 saata enmiş, tədris yükünün böyük hissəsi prosesə cəlb olunan biz valideynlərin üzərinə düşmüşdür. 
Məlum dövr ərzində ölkədə fəaliyyət göstərən bütün təhsil ocaqları fəaliyyətini dayandırdığıdan, onlardan biri olan Dünya Məktəbi də  işıq, su, istilik və havalandırma sistemləri, məktəb binasının gündəlik şagirdlərin ixtiyarına verilməsi üçün təmizlik və digər bu cür xərclərdən azad olmuş, həmçinin, Koronavirus (COVID-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almışdır. 
Bu müddət ərzində Məktəb rəhbərliyi, həmçinin müqavilədə nəzərdə tutulmuş qidalanma xərclərindən də azad olmuşdur.
Qeyd olunanları nəzərə alaraq,biz valideynlər Məktəb rəhbərliyinin mövcud vəziyyəti ədalətli şəkildə dəyərləndirəcəyini və təhsil haqqında hər iki tərəfi qane edəcək şəkildə güzəşt tətbiq edəcəyini ümid edirdik. Məktəb rəhbərliyi tərəfindən məsələ ilə bağlı açıqlama verilmədiyindən biz valideynlər telefon vasitəsilə Məktəblə əlaqə saxlayaraq təhsil haqqında hər hansı güzəştin olub-olmayacağı ilə maraqlanmışıq.

Qeyd olunanların fonunda Məktəbin təhsil haqqı ilə bağlı tətbiq etdiyi məbləğ biz valideynlər tərəfindən qəbul edilmədiyindən, bütün valideynlər fərdi və kollektiv şəkildə ərizələrlə Məktəb rəhbərliyinə müaciət edərək, qərarın təkrar nəzərdən keçirilməsini və məqbul güzəştin tətbiq edilməsini xahiş etmişik. Lakin Məktəb rəhbərliyi əvvəl göndərilən məktubla eyni məzmun daşıyan məktubu təkrar valideynlərə göndərmiş və qərarda dəyişikliyin olmayacağını bəyan etmişdir. Məktəbin bu etinasızlığı biz valideynləri hiddətləndirmiş və onlar Məktəb rəhbərliyi ilə görüş üçün çoxsaylı müraciətlər etmişlər. Təəssüflər olsun ki, Məktəb rəhbərliyi bu məsələdə də etinasızlıq nümayiş etdirmiş, nəinki məktəb rəhbərliyi, məktəbin hüquqşnası ilə belə görüş təşkil  edilməsinə razılıq verilməmişdir. Yalnız Məktəbin qərarına etiraz edən 250-dən artıq valideyin tərəfindən bir sıra müvafiq dövlət qurumlarına şiakyət məktubu ünvanlandıqdan sonra, Məktəb rəhbırliyi valideynlərlə görüşməyi qəbul etmiş, lakin bu görüş də nəticəsiz qalmışdır. Belə ki, görüşdə Məktəb rəsmisi tərəfindən təhsil haqqında güzəşt edilməyəcəyi təkrarən bildirilməklə yanaşı, ultimativ qaydada valideynlərdən dərhal təhsil haqqını ödəmələri, əks halda şagirdlərin sinifdən sinifə keçirilməyəcəkləri bəyan edilmiş və təhsil haqqını tam ödəməklə valideynlərin övladlarını məktəbdən çıxarmaqda sərbəst olduqları vurğulanmışdır. 
Məsələnin hüquqi tərəflərinə nəzər salsaq, yenə də biz valideynlərin təhsil haqqında güzəşt tələb etməkdə haqlı olduqlarını görmək olar.  
Belə ki, Müqavilənin 2-ci və 3-cü maddələrində həm məktəbin, həm də valideynlərin hüquq və vəzifələri müəyyən edilib. Həmin vəzifələrin içində məktəbin şagirdlərin təlim-tərbiyyə prosesini yüksək səviyyədə təşkil etmək (maddə 2.1.) və valideynin buna uyğun təhsil haqqını müqavilədə qeyd olunmuş qaydalar əsasında ödəmək (maddə 3.5.) göstərilib.
Müqavilənin 5.1.-ci maddəsində Qarşısıalınmaz qüvvənin anlayışı verilib. Həmin maddəyə əsasən qarşısıalınmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizodiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları, dövlət orqanlarının qərarları və digər hallar aiddir.
Müqavilənin 5.3.-cü maddəsinə əsasən bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısıalınmaz halların mövcud olduğu müddətə uzadılır.
Müqavilənin 5.3.-cü maddəsinin məzmunundan elə çıxır ki, karantin dövründə məktəbin valideynlərdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ yoxdur və həmin öhdəlik karantin dövrü ərzində uzadılmış hesab edilir.
Göründüyü kimi, hər hansı yeni şəraitin və şərtlərin tətbiqi üçün, o cümlədən onlayn tədris üçün tədris haqının müəyyən edilməsi üçün birtərəfli olaraq xidmət haqqından 300 manatın azaldılması yox, hər iki tərəfin qarşılıqlı razılıqla müəyyən edilməsi tələb edilir.
Həm hüquqi, həm məntiqi, eləcə də mənəvi cəhətdən valideynlərin güzəşt tələb etməyə haqqı olsa da, Məktəb rəhbərliyi heç bir şəkildə valideynlərə tərəf addım atmaq və güzəşt etməyi düşünmür. Bu isə onu göstərir ki, Məktəbin ali məqsədi ölkəyə savadlı, parlaq şagirdlər yetişdirilməsi deyil, pul qazanmaqdır.. Bütün dünyanın hal hazırda əziyyət çəkdiyi bir zamanda məktəb rəhbərliyinin pandemiya hesabına əlavə qazanc əldə etmək istəyi sadəcə olaraq təəssüf doğurur.
Sizlərdən çox xahiş edirik ki, biz valideyinlərə köməklik göstərəsiniz.

Qeyd edək ki,bir müddət öncə narazı valideyinlər Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya məktub ünvanlayandan sonra məktəb rəhbərliyi narazı valideyinlərə cavab olaraq məktub ünvanlayıblar.

Qanunla.Az həmin məktubun məzmunun sizlərə təqdim edir:

Hörmətli valideynlər!
Dünya Məktəbinin verdiyi təhsil və tərbiyənin müasirliyini və keyfiyyətini nəzərə alaraq övladlarınızı bizə etibar etdiyiniz üçün təşəkkür edirik. Dünya Məktəbi ilə valideyn arasında bağlanmış müqavilənin şərtlərini yerinə yetirmənizi xahiş edirik. Hansı güzəştlərin olub-olmayacağını Dünya Məktəbi müəyyən edir. Dünya Məktəbinin qərarı sizə elan edilmişdir. Valideyn müqavilə şərtlərini yerinə yetirmədikdə şagird təkrar sinifdə saxlanılmır. Bu halda şagird məktəbdən xaric edilir. Bu səbəbdən xahiş edirik ki, müəyyən edilmiş təhsil haqqını, borcunuzu ödəyəsiniz ki, övladlarınız növbəti tədris ilində Dünya Məktəbində təhsilini davam etdirə bilsin. Əgər təhsil haqqını ödəmək istəmirsinizsə, onda borcunuz varsa, onu ödəyin və övladlarınızı daha uyğun gördüyünüz bir məktəbə keçirin.
 
Hörmətlə,
Dünya Məktəbinin Rəhbərliyi


Məsələ gündəmimizdə saxlanılacaq, ətraflı sizlərə məlumat veriləcək.





Xəbəri paylaşın




Digər xəbərlər:
Ombudsman uşaqlarla bağlı bəyanat yayıb
Ombudsman uşaqlarla bağlı bəyanat yayıb
01.06.20, Siyasət
Tələbələrə ŞAD XƏBƏR
Tələbələrə ŞAD XƏBƏR
27.05.20, Sosial
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Baş Nazir yeni qərar imzaladı
Baş Nazir yeni qərar imzaladı
13.05.20, Cəmiyyət
Azərbaycanda karantin rejimi uzadıldı - Rəsmi
Azərbaycanda karantin rejimi uzadıldı - Rəsmi
18.04.20, Gündəm
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət