18
iyun
2020
12:36
1 788


Universal kart

AdRiver


“Azəriqaz” pandemiya dövrünün qaydalarını pozan vəzifəli şəxsi cəzalandırdı

Pandemiya dövründə koronavirus (COVID-19) infeksiyasından qorunma tədbirlərinin həyata keçirilməsində məsuliyyətsiz davrandığına görə “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin rəisi vəzifəsindən azad olunub.

“Azəriqaz”dan Qanunla.Az-a verilən məlumata görə, o, daha aşağı vəzifəyə - Təmir-tikinti İdarəsinin 104 “Çağrı Mərkəzi”nin 1 saylı çağrı xidmətində usta vəzifəsinə keçirilib.

“Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə “Azəriqaz” İstehsalat Birliyində xüsusi karantin rejiminin qaydalarına ciddi əməl olunur. Həm əsas inzibati bina, həm də bütün struktur bölmələrin fəaliyyət göstərdiyi binalarda giriş-çıxış qaydaları ciddi nəzarətdə saxlanılır. Bundan başqa mütəmadi dezinfeksiya tədbirləri görülür, işçilərin qoruyucu maskalarla təminatı, giriş-çıxış məntəqələrində insanların bədən temperaturunun ölçülməsi və digər zəruri prosedurlar icra olunur. Buna baxmayaq, bəzi hallarda təlimat qaydalarını pozan işçilərə də rast gəlinir və dərhal bu barədə müvafiq cəza tədbirləri görülür”, - məlumatda bildirilib.

“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi bir daha bildirir ki, qurumda pandemiya dövrünün tələb və qaydalarını pozan istənilən işçi sərt formada cəzalandırılacaq.

Xəbəri paylaşın




Digər xəbərlər:
Prezidentdən MÜHÜM FƏRMAN
Prezidentdən MÜHÜM FƏRMAN
04.06.20, Siyasət
Baş nazir qərar verdi - Bakı ilə yanaşı bu şəhərlərdə karantin elan olundu
Baş nazir qərar verdi - Bakı ilə yanaşı bu şəhərlərdə karantin elan olundu
04.06.20, Cəmiyyət
Koronavirus dövründə çimərliklərlə bağlı VACİB ADDIM
Koronavirus dövründə çimərliklərlə bağlı VACİB ADDIM
26.05.20, Cəmiyyət
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
Bu gündən Azərbaycanda bu məhdudiyyətlər yumşaldılır — SİYAHI
Bu gündən Azərbaycanda bu məhdudiyyətlər yumşaldılır — SİYAHI
27.04.20, Cəmiyyət
Azərbaycanda karantin rejimi uzadıldı - Rəsmi
Azərbaycanda karantin rejimi uzadıldı - Rəsmi
18.04.20, Gündəm
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət