18
iyun
2020
14:49
2 061


Universal kart

AdRiver


Azərbaycan-İran sərhədində atışma: ölən var

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birlər davam etdirir.
DSX-nin Mətbuat Mərkəzindən Qanunla.Az-a verilən məlumata görə, iyunun 17-si saat 21:40 radələrində Dövlət Sər­həd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad ra­yo­nunun Kürünc kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti əra­zi­sində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azər­baycan Res­publikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfin­dən aşkar olunmuşdur. Sərhəd pozucularının silah və gecə görmə cihaz­ları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd bö­yük kisədə yük müşahidə edilmişdir.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti əra­zi qa­pa­dılmış, İİR sərhədçiləri hadisə haqqında məlumatlandırılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək ha­vaya xə­bər­darlıq atəşi açıl­mış­dır. Lakin sərhəd pozucuları əmrə tabe ol­mamış, sər­həd naryadına qarşı av­to­mat silahdan və “Vinçester” tipli tüfəngdən atəş açaraq sərhəd­çi­lərin həya­tına qəsd etmişlər.
Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uy­ğun olaraq silah tətbiq olun­muş, sərhəd pozucularından biri güllə ya­rası almış və İİR ərazisinə qaçmaq məqsədilə sərhəd çayı olan “Bolqarçay”ı keçərkən suda ölmüşdür. Sərhəd pozucusunun cəsədi İran sərhədçiləri tərəfindən sudan çı­xa­rılmışdır. Digər sərhəd pozucuları əra­zi­nin sıx meşəlik, hava şəraitinin qa­ranlıq olma­sından istifadə edə­rək geri qaçmış və İİR sərhəd­çi­ləri tə­rəfindən öz ərazi­lərində saxlanılmışlar.
Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin gö­rüşü ke­çirilmişdir.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sər­həd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tə­rə­fin­dən hadisə ilə əlaqə­dar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Xəbəri paylaşın




Digər xəbərlər:
İranlılar sərhədimizi pozdu: Bir nəfər tutuldu, digərləri qaçdı — ÖZƏL
İranlılar sərhədimizi pozdu: Bir nəfər tutuldu, digərləri qaçdı — ÖZƏL
17.06.20, Hadisə
Azərbaycanın almaq istədiyi, Suriya və Liviyada uğur qazanmış Türkiyə PUA-ları nəyə qadirdir? - ARAŞDIRMA
Azərbaycanın almaq istədiyi, Suriya və Liviyada uğur qazanmış Türkiyə PUA-ları nəyə qadirdir? - ARAŞDIRMA
10.06.20, Siyasət
DTX Elçin Quliyevin müavini və yüksək vəzifəlilərin həbsi ilə bağlı məlumat yaydı - RƏSMİ
DTX Elçin Quliyevin müavini və yüksək vəzifəlilərin həbsi ilə bağlı məlumat yaydı - RƏSMİ
21.05.20, Cəmiyyət
İrandan Azərbaycana 23 kq narkotik keçirmək istəyərkən yaxalandı - FOTO
İrandan Azərbaycana 23 kq narkotik keçirmək istəyərkən yaxalandı - FOTO
15.05.20, Kriminal
Azərbaycan-İran sərhəddində ƏMƏLİYYAT: 2 nəfər saxlanıldı - FOTO
Azərbaycan-İran sərhəddində ƏMƏLİYYAT: 2 nəfər saxlanıldı - FOTO
09.05.20, Hadisə
İrandan Azərbaycana 43 kq-a qədər narkotikin gətirilməsinin qarşısı alındı
İrandan Azərbaycana 43 kq-a qədər narkotikin gətirilməsinin qarşısı alındı
02.05.20, Kriminal
Azərbaycan-İran sərhədində atışma olub, ölən var
Azərbaycan-İran sərhədində atışma olub, ölən var
23.04.20, Hadisə
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
13.12.19, Cəmiyyət