18
iyun
2020
19:04
1 712


Universal kart

AdRiver


Xəstəliyin yayılma sürəti yüksəkdir - TƏBİB

Epidemioloji statistik göstəricilər qənaətbəxş deyil. Aparılan təhlillər onu göstərir ki, ölkəmizdə xəstəliyin yayılma sürəti yüksəkdir.
Qanunla.Az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib.
"Bu səbəblə bir sıra şəhər və rayonlarımızda ciddi karantin rejiminin təkrar tətbiq olunması barədə qərar qəbul olunub. Bu rejimi biz aprel ayında tətbiq etmişdik. Bu müddətdə insanların zəruri olmadığı hallarda evlərini tərk etməmələrini tövsiyə edirik", - o deyib.
R.Bayramlı bildirib ki, alınan qərarlar statistik təhlillərin nəticələrinə əsasən qəbul olunub:
"Operativ Qərargah və Qərargahın tibbi heyəti sadəcə adminstrativ heyətdən ibarət deyil. Qərargah ilk yaradılan gündən burada xaricdə təhsil almış yüksək ixtisaslı mütəxəssislər, tibb işçiləri yer alır. Eyni zamanda tibbi mütəxəssislərin yetişdirilməsi üçün işçi qrupları yaradılıb" .
Onun sözlərinə görə, REACT C-19 layihəsi çərçivəsində xaricdə təhsil alan 19 həkim 3 ay ölkəmizdə fəaliyyət göstərib:
"Ölkəmizdə tətbiq olunan qərarlar dünya ölkələrində müsbət qiymətləndirilib və 50 ölkə ilə aparılan video-konfranslarda bir sıra qərarlar qəbul olunub".

Xəbəri paylaşın




Digər xəbərlər:
Milli Məclisin plenar iclasının gündəliyi dəyişdirildi
Milli Məclisin plenar iclasının gündəliyi dəyişdirildi
18.06.20, Siyasət
Sərt karantin rejimi hər həftəsonu olacaq? — AÇIQLAMA
Sərt karantin rejimi hər həftəsonu olacaq? — AÇIQLAMA
07.06.20, Cəmiyyət
Yalnız həftəsonu qadağa kifayət deyil - Sədr
Yalnız həftəsonu qadağa kifayət deyil - Sədr
04.06.20, Cəmiyyət
Milli Məclisin son plenar iclasında 11 qanun layihəsi müzakirə ediləcək
Milli Məclisin son plenar iclasında 11 qanun layihəsi müzakirə ediləcək
30.05.20, Siyasət
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Mərkəzi Bank NBCBank və AGBank barədə qərarlarını açıqladı
Mərkəzi Bank NBCBank və AGBank barədə qərarlarını açıqladı
12.05.20, İqtisadiyyat
Tezliklə ölkədə məcburi qaydalar tətbiq ediləcək - TƏBİB
Tezliklə ölkədə məcburi qaydalar tətbiq ediləcək - TƏBİB
01.05.20, Cəmiyyət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
15.01.20, Siyasət