19
iyun
2020
11:41
2 367


Universal kart

AdRiver


Bu gün Anar Bağırovun doğum günüdür

Qanunla.Az xəbər verir ki,bu gün cəmiyyətdə böyük nüfuz sahibi, səmimi, dəyərli, sadə, təvazökar, vətənpərvər bir insanın, ziyalının, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Ramiz oğlu Bağırovun bu gün doğum günüdür.

Anar Bağırov 1976-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavriatura, 1999-cu ildə isə Mülki hüquq istiqaməti üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda aspirantura pilləsini bitirərək hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2014-cü ildən AMEA-nın İnsan Hüquqları İnstitutunun doktorantıdır.
1997-2005-ci illər arasında müxtəlif təşkilat və müəssisələrdə hüquqşünas vəzifəsində işləmişdir.
2005-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuş və hal-hazırdadək vəkillik fəaliyyəti ilə məşğul olmaqdadır.
2012-ci ildən etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür.
7 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin Konfransında Rəyasət Heyətinin sədri vəzifəsinə seçilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 19 may 2015-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Rusiya Vəkillər Gildiyasının “Fəxri fərmanı” ilə təltif olunmuşdur.
Rusiya Vəkillərinin Federal Palatası tərəfindən "Rusiyanın fəxri vəkili" adı ilə təltif olunmuşdur.
2018-ci ilin martından Türkdilli və Qohum Ölkələrin Vəkillik Qurumlarının Birliyinin (TÜRK-AV) idarə heyətinin üzvüdür.
Ədliyyə Akademiyasının "Vəkillərin peşəyə buraxılış və ixtisasartırma" fakültəsinin dekan əvəzi, Akademiyanın Elmi şurasının üzvüdür.

Qanunla.Az informasiya Agentliyinin kollektivi adından Anar Bağırova can sağlığı,işlərində müəffəqiyyətlər arzulayırıq!

Xəyyam Məmmədov 

Xəbəri paylaşın




Digər xəbərlər:
Azərbaycanda vəkillər ilk dəfə onlayn and içdi - FOTO
Azərbaycanda vəkillər ilk dəfə onlayn and içdi - FOTO
06.06.20, Hüquq
İlham Əliyev 3 fərman imzaladı
İlham Əliyev 3 fərman imzaladı
01.06.20, Siyasət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Baş prokuror vəzifəsinə yeni namizəd kimdir ? — DOSYE
Baş prokuror vəzifəsinə yeni namizəd kimdir ? — DOSYE
29.04.20, Cəmiyyət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Əsmər Əliyeva təbliğat kampaniyasına belə başladı - Fotolar
Əsmər Əliyeva təbliğat kampaniyasına belə başladı - Fotolar
17.01.20, Cəmiyyət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
24.12.19, Siyasət