20
iyun
2020
19:03
2 043


Universal kart

AdRiver


Sabah yağış yağacaq, şimşək çaxacaq — PROQNOZ

Azərbaycanda iyunun 21-də müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qanunla.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 28-31, Bakıda gecə 23-25, gündüz 28-30 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 749 mm civə sütunundan 752 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 21-22, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 21-də Abşeron yarımadasında xəzrinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Xəbəri paylaşın




Digər xəbərlər:
Sabah güclü külək əsəcək
Sabah güclü külək əsəcək
15.06.20, Cəmiyyət
Sabah güclü xəzri davam edəcək - HAVA PROQNOZU
Sabah güclü xəzri davam edəcək - HAVA PROQNOZU
30.05.20, Cəmiyyət
Sabah güclü külək əsəcək, şimşək çaxacaq, dolu düşəcək
Sabah güclü külək əsəcək, şimşək çaxacaq, dolu düşəcək
29.05.20, Cəmiyyət
Sabaha olan hava proqnozu açıqlandı
Sabaha olan hava proqnozu açıqlandı
23.05.20, Cəmiyyət
Sabaha olan hava proqnozu açıqlandı
Sabaha olan hava proqnozu açıqlandı
19.05.20, Cəmiyyət
Sabahın havası: Yağış, külək, şimşək
Sabahın havası: Yağış, külək, şimşək
16.05.20, Cəmiyyət
Sabahın havası: 28 dərəcə isti olacaq
Sabahın havası: 28 dərəcə isti olacaq
14.05.20, Cəmiyyət
Sabah hava şəraiti bu şəxslər üçün əlverişsiz olacaq
Sabah hava şəraiti bu şəxslər üçün əlverişsiz olacaq
13.05.20, Cəmiyyət
Sabahın hava PROQNOZU
Sabahın hava PROQNOZU
12.05.20, Cəmiyyət
2 dərəcə şaxta, duman, çiskin - İstirahət günlərinin HAVASI
2 dərəcə şaxta, duman, çiskin - İstirahət günlərinin HAVASI
13.12.19, Cəmiyyət