12
dekabr
2019
13:37
11 391


Universal kart

AdRiver


Zərdab rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub-FOTOLAR

Qanunla.az xəbər verir ki,Zərdab rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub.
Ölümü ilə ölümsüzlüyə qovuşan, dünyasını dəyişdiyi 12 dekabr 2003-cü il tarixini belə, xalqının birlik, bütövlük rəmzinə, simvoluna dönən, Fəxri Xiyabanın Fəxri  sakininə çevrilən, dövlət-xalq, lider-varis münasibətlər sistemində əbədiyaşarlıq qazanan, Azərbaycançılıq məfkurəsi ilə hər bir azərbaycanlının qürur mənbəyi olan Ulu Öndərimiz Azərbaycan xalqı var olduqca olacaq, hər birimizi Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir nidasına inandıracaq!
Zərdab rayonunda müasir  Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı silsilə tədbirlər keçirilməkdədir.  
Zərdab rayon icra hakimiyyətinin başcısı Mərdan Camalzadə və tədbir iştirakçıları əvvəlcə  Ümummilli Lider Heydər Əliyevin büstü önünə çiçəklər düzdü, əziz xatirəsini dərin ehtiramla yad etdilər.
Heydər Əliyev mərkəzində təşkil olunan tədbiri giriş sözü ilə açan İcra başcısı Mərdan Camalzadə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından on altı il keçdiyini xatırladaraq, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, böyük istedadı ilə fərqlənən xarizmatik liderin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirdi.
 Qeyd etdi ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir.  Dövlətimizin başçısı cənab İlham Əlievin rəhbərliyi ilə qazanılan nailiyyətlər bu gün də davam edir və xalqımızı xoş sabahlara doğru aparır.
İcra başcısı Mərdan Camalzadə ümummilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında əvəzsiz xidmətlərindən bəhs edib. Bildirib ki,Ulu öndərin qayıdışı yenicə müstəqillik qazanmış Azərbaycanın az qala siyasi xəritədən silinmək ərəfəsində olduğu bir dövrə təsadüf etdi. Xalqın son ümid yeri Heydər Əliyev idi. SSRİ dövlət təhlükəsizliyi sistemində sıravi işçidən rəhbər vəzifəyə kimi yüksəlmiş ilk azərbaycanlı olan Heydər Əliyev sovet rejiminin ideoloji məsələlərə xüsusi həssaslıqla yanaşdığı vaxtlarda Azərbaycanın milli maraqları üçün mümkün olan bütün işləri gördü.Sovet rejiminin sərt qanunlarına baxmayaraq Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açdı. Təcrübəli dövlət xadiminin böyük səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, mənfur qonşularımız tərəfindən torpaqların işğalının qarşısı alındı, Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya işlənib hazırlandı.Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alıb, onun strateji mövqelərini bərpa etdi.Ulu öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirərək qeyd edirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir.



















Qanunla.az
Vüqar Rəhimov
Coşqun Abdullayev

Xəbəri paylaşın




Digər xəbərlər:
Prezident Fəxri Xiyabanda - Video
Prezident Fəxri Xiyabanda - Video
12.12.19, Siyasət
Məhkəmədə media ilə işləyən xüsusi hakimlər təyin olundu
Məhkəmədə media ilə işləyən xüsusi hakimlər təyin olundu
10.12.19, Siyasət
Bakıda ilk dəfə Senya Sonun solo konserti keçirildi
Bakıda ilk dəfə Senya Sonun solo konserti keçirildi
10.12.19, Cəmiyyət
Çempionlar Liqasında sonuncu tur başlayır
Çempionlar Liqasında sonuncu tur başlayır
10.12.19, İdman
Firuzə İbadova İlhamənin oğlunun 7 min borcunu bağışladı
Firuzə İbadova İlhamənin oğlunun 7 min borcunu bağışladı
10.12.19, Şou
Borca görə tanışını güllələyən saxlanıldı
Borca görə tanışını güllələyən saxlanıldı
05.12.19, Hadisə
“Protiv” yola çıxdı, özü və sərnişini öldü
“Protiv” yola çıxdı, özü və sərnişini öldü
05.12.19, Hadisə
Şirkət direktorunun əmlakına həbs qoyuldu
Şirkət direktorunun əmlakına həbs qoyuldu
05.12.19, Hadisə
Vilayət Quliyev eks-naziri oğurluqda ittiham etdi
Vilayət Quliyev eks-naziri oğurluqda ittiham etdi
05.12.19, Gündəm
“O yaxşılığı mən necə unudum, kim unuda bilər?”
“O yaxşılığı mən necə unudum, kim unuda bilər?”
05.12.19, Gündəm