23
iyun
2020
17:23
2 507


Universal kart

AdRiver


Prezident İlkin Əliyevi “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edib

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev İlkin Böyükağa oğlu Əliyevi “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 
Qanunla.Az xəbər verir ki,Ilkin Böyükağa oğlu Əliyev 27 iyun 1982-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini 1988-1999-cu ildə Zərdab şəhər 3 saylı orta məktəbində alıb. İlk ali təhsilini 1999-2003-cü illərdə Azərbaycan Beynəlxalq Universitetinin iqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsində, ikinci ali təhsilini isə  2007-2010-ci illərdə Mingəçevir Politexnik Universitetinin mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində fərqlənmə diplomu ilə başa vurub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyasında 2006-cı ildə "Rəhbər kadrların hazırlanması",  2018-ci ildə isə "Azərbaycan Respublikasının gənclər siyasəti" mövzularında ixtisasartırma kursları, 2018-ci ildə Fransanın Strasburq şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Avropa Şurasının birgə təşkilatçılığı ilə "Azərbaycandan olan milli, regional və yerli səviyyədə gənclərlə işləyən dövlət mütəxəssisləri və gənclərlə işləyən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün demokratik vətəndaşlıq və gənclərin iştirakı üzrə milli təlim kursu" keçmişdir 2003-2004-cü illərdə həqiqi hərbi xidmətdə olub. İlkin müəllim Zərdab rayon İcra Hakimiyyəti başçısının köməkçisi, (04.04.2005-14.02.2008) Zərdab rayon İcra Hakimiyyətinin Başçısı Aparatında baş inspektor  (14.02.2008-04.09.2008) vəzifələrində çalışıb. 2008-ci ilin sentyabr ayınln 4 dən hal hazıradək Zərdab Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışır. Dövlət qulluğunun kiçik müşaviridir. Ailəlidir iki övladı var. İlkin müəllimin fəaliyyət dövründə idmanın kütləviliyinə xüsusi önəm verilib, rayonumuzda bir çox idman növləri üzrə yeni bölmələr fəaliyyətə başlayıb və yetirmələrimiz respublika və beynəlxalq səviyyəli yarışlarda çoxlu sayda uğurlar qazanıblar. İlkin Əliyev ölkə gəncləri tərəfindən sevilən və qısa vaxt ərzində böyük populiyarlıq qazanan "Poliqon" Strateji İntellekt oyunun müəllifidir. Azərbaycan Respublikasının Müəllif Hüquqları Dövlət Agentliyi tərəfindən dövlət qeydiyyatına alınmış "Poliqon SİO"-nun Zərdab rayonunda yaradılaraq respublika səviyyəsində böyük uğur qazanması hər bir zərdablı kimi bizdədə fəxr və qürur hissi doğurur.
Qanunla.Az İnformasiya Agentliyi kollektivi olaraq, İlkin müəllimə işlərində yeni-yeni müvəffəqiyyətlər və möhkəm cansağlığı arzulayırıq.

Xəbəri paylaşın




Digər xəbərlər:
Prezident onları təltif etdi - SİYAHI
Prezident onları təltif etdi - SİYAHI
23.06.20, Siyasət
İlham Əliyev 3 fərman imzaladı
İlham Əliyev 3 fərman imzaladı
01.06.20, Siyasət
Prezidentdən 9 yüksək vəzifəyə təyinatlar
Prezidentdən 9 yüksək vəzifəyə təyinatlar
13.05.20, Siyasət
Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür
Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür
10.05.20, Siyasət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
24.12.19, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət