24
iyun
2020
10:04
3 636


Universal kart

AdRiver


Mərhum nazir Yavər Camalovun vəfatından 2 il ötür

Mərhum Müdafiə sənayesi naziri Yavər Camalovun vəfatından 2 il ötür.
Qanunla.Az-ın xəbərinə görə, Yavər Camalov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
2006-ci ildən müdafiə sənayesi naziri olan Yavər Camalovun biografiyasını təqdim edirik:

Yavər Talıb oğlu Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.
1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.
1972 - ci ildə “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972-1989-cu illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis-sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989-1995-ci illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995-2003-cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.
Yavər Camalov 16 oktyabr 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə Şöhrət ordeni ilə təltif edilib. 23 iyun 2018-ci ildə İsraildə xəstəliyi ilə bağlı müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Yavər Camalov iyunun 24-də son mənzilə yola salınıb. Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.
Evlidir, üç oğlu var. 
Qanunla.Az İnformasiya Agentliyinin kollektivi adından mərhum nazir Yavər Camalova Allahdan rəhmət diləyirik.
Ruhu şad olsun!

Qanunla.Az
Vüqar Rəhimov

Xəbəri paylaşın




Digər xəbərlər:
Prezident onları təltif etdi - SİYAHI
Prezident onları təltif etdi - SİYAHI
23.06.20, Siyasət
Nazim İsmayılov işdən çıxarıldı: Oğlu və milyonlar...
Nazim İsmayılov işdən çıxarıldı: Oğlu və milyonlar...
16.05.20, Gündəm
Prezidentdən 9 yüksək vəzifəyə təyinatlar
Prezidentdən 9 yüksək vəzifəyə təyinatlar
13.05.20, Siyasət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Zərdab sakinlərindən Mərdan Camalova ağır itihamlar: “Biri itdi, biri bitdi…”
Zərdab sakinlərindən Mərdan Camalova ağır itihamlar: “Biri itdi, biri bitdi…”
12.03.20, Cəmiyyət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
24.12.19, Siyasət
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
20.12.19, Siyasət