24
iyun
2020
10:38
2 259


Universal kart

AdRiver


Bazar günündən sonra karantin rejimi daha da sərtləşdirilə bilər — AÇIQLAMA

Xəbər verdiyimiz kimi iyulun 23-də 508 nəfər koronafirusa yoluxub, 7 nəfər ölüb. Qeyd edək ki, yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram günləri insanların çölə çıxması qadağan edilərək sərt karantin rejimi tətbiq edilib. Lakin buna baxmayaraq gündəlik yoluxma 400 nəfəri keçdi. Koronavirusa yoluxanların və ölənlərin sayı artdığı üçün 5 iyula qədər 2 həftəlik sərt karantin rejim elan olundu.Əgər bu həftə ərzində statistika artma dinamikası ilə davam edərsə bazar günündən iyulun 5-nə kimi ölkə ərazisində fövqəladə vəziyyət elan edilə bilərmi?


Deputat Cavid Osmanov bildirib ki, 2 həftəlik sərt karantin rejimi tədbiq olunub: "Sərt karantin rejimi yoluxma çox olan rayon və şəhərlərdə elan edilib. Son günlərin statistikası ürəkaçan deyil. Dünən hətta nəticə anti-rekord oldu. 508 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü. Yenə də sərt karantin rejimini hələ də riyaət etməyənlər, topaq yollarla bölgələrə üz tutanlar var. Bundan əlavə icazələrdən sui-istifadə hallar da var. Qaydaları pozan şəxslər anlamırlar ki, onlar bu yolla tək özlərini deyil, digər insanların da həyatını təhlükəyə atırlar. Çox təəssüf ki, vətəndaşlarımızın arasında bu virusa inanmayan, oyun hesab edənlər hələ də var. Onların ucbatından uzun müddətdir ki, mövcud vəziyyətdən əziyyət çəkən insanlarımız var. Bundan əlavə həmin insanlar məsuliyyətsiz olaraq polis və həkimlərimizin uzun müddətlik əməyinin üstündən xətt çəkmiş olurlar. Təbii ki, fövqəladə vəziyyət bir çox ölkələrdə tədbiq edilib. Elə inkişaf etmiş ölkələr var ki, yumşalmalardan sonra ikinci dəfə fövqəlada vəziyyət elan etməli olub. Sosial məsuliyyətin dərk etməyən vətəndaşlardan xahiş edirik ki, elə etməsinlər ki, karantin rejim daha da sərtləşsin. Fövqəlada vəziyyət elan edilməsinə gətirib çıxarmasınlar. Səhiyyənin aciz qaldığı İtalya və İspaniyaya baxsınlar. Orada artıq xəstəxanalarda yer olmadığına göə insanlar küçələrdə qalırdı. Vətəndaşlarımız məsuliyyətsiz addımları ilə həmin vəziyyəti Azərbaycanda da təkrarlada bilərlər. Düşünürəm ki, əgər yoluxma çoğalarsa karantin rejim daha da sərtləşə bilər".

Xəbəri paylaşın




Digər xəbərlər:
Ceyhun Məmmədov:Pandemiya dünyada yarandığı ilk gündən başlayaraq dövlətimiz tərəfindən operativ addımlar atıldı
Ceyhun Məmmədov:Pandemiya dünyada yarandığı ilk gündən başlayaraq dövlətimiz tərəfindən operativ addımlar atıldı
10.06.20, Siyasət
Bakıda karantin rejimi yenidən sərtləşdirilir? — AÇIQLAMA
Bakıda karantin rejimi yenidən sərtləşdirilir? — AÇIQLAMA
26.05.20, Cəmiyyət
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
22.05.20, Cəmiyyət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Azərbaycanda şənbə və bazar günləri çölə çıxma qadağası qoyulur? — AÇIQLAMA
Azərbaycanda şənbə və bazar günləri çölə çıxma qadağası qoyulur? — AÇIQLAMA
11.05.20, Cəmiyyət
Bu tarixdən etibarən karantin rejim yenidən sərtləşdirilə bilər — XƏBƏRDARLIQ
Bu tarixdən etibarən karantin rejim yenidən sərtləşdirilə bilər — XƏBƏRDARLIQ
06.05.20, Cəmiyyət
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
Deputatlığa namizəd Cavid Osmanovun təbliğat kampaniyası Ağdaşda uğurla davam edir
Deputatlığa namizəd Cavid Osmanovun təbliğat kampaniyası Ağdaşda uğurla davam edir
31.01.20, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət