24
iyun
2020
18:50
1 365


Universal kart

AdRiver


Naqif Həmzəyev: “Yumşalma tədbirləri o zaman səmərəli olur ki, qoyulan tələblərə əməl olunsun”

“Artıq neçə aydır ki, dünya əhalisi COVID-19 pandemiyası ilə mübarizə şəraitində yaşayır.
Bütün dünyanı sürətlə çənginə alan koronavirusun yayılmağa başladığı ilk günlərdən Azərbaycan dövləti koronavirus infeksiyası ilə mübarizədə bütün zəruri tədbirləri həyata keçirib, pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlayıb, müvafiq strukturları COVİD-19-un geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq kimi vəzifələrə ciddi şəkildə yanaşmağa səsləyib”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə olub: “Dövlətin koronavirusun Azərbaycanda geniş vüsət almasına imkan verməmək, infeksiyaya yoluxmanın sürətini azaltmaq, vətəndaşın sağlamlığını qorumaq üçün həyata keçirdiyi tədbirlər müsbət nəticələr verdi. Bu, statistik göstəricilərdə də öz əksini tapdı. Həkimlərin tövsiyələri və statistik göstəricilərə əsaslanaraq mərhələli şəkildə yumşaldılma tədbirlərinə başlanıldı. Karantin dövrü ərzində istər həkimlərin, istərsə də digər rəsmi şəxslərin müraciətlərində mütləq olaraq sanitariya-epidemioloji və gigiyenik qaydalara riayət edilməsi əsas tələb kimi qoyuldu. Əhalinin böyük hissəsi görülmüş işləri yüksək qiymətləndirərək həmrəylik göstərdi, həmin tövsiyələrə və tələblərə riayət etdi.
Lakin təəssüflə etiraf etməliyik ki, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yoluxma hallarının sayında artım müşahidə olunmağa başladı. Bu isə hökuməti ölkədə pandemiya ilə mübarizəni yenidən sərtləşdirməyə məcbur etdi. Belə ki, son həftələrdə vətəndaşlarımızın böyük bir hissəsinin müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etməməsi koronavirusa yoluxma sayında ciddi artıma – infeksiyaya yoluxma hallarının 300-ü keçməsinə gətirib çıxardı. Faktlar və rəqəmlər vətəndaşların özünütəcrid kimi çox vacib bir tələbə əməl etmədiklərini göstərdi. Yumşalma tədbirləri o zaman səmərəli olur ki, qoyulan tələblərə əməl olunsun. Bəzi vətəndaşların xəstəliyin ciddiliyinə varmayıb ona səthi, etinasız yanaşması təcrid qaydalarının daha da sərtləşdirilməsini günün tələbinə çevirdi.
Təbii ki, yenidən sərt karantin rejiminə keçid hər kəsi narahat edir. Lakin real həqiqətlə razılaşmalıyıq: müəyyən edilmiş qaydalar yalnız və yalnız əhalinin koronavirus infeksiyasına yoluxma hallarını minimima endirmək və az itki ilə çıxmaq məqsədinə xidmət göstərir.
Unutmayaq ki, hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu özümüzün və ətrafımızdakı insanların həyatını risk altına atmaq deməkdir. Hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma deməkdir. Hamı karantin rejiminin qaydalarına əməl etsə, məsuliyyətli, nizam-intizamlı olsa, koronavirusun yayılmasının qarşısını ala biləcək, bu xəstəliyə birlikdə qalib gələcəyik”.

Xəbəri paylaşın




Digər xəbərlər:
AZƏRBAYCANDA KORONAVİRUSLA MÜBARİZƏ MODELİ
AZƏRBAYCANDA KORONAVİRUSLA MÜBARİZƏ MODELİ
20.06.20, Cəmiyyət
Prezidentə yazırlar: Xalq olaraq keçmişi də görmüşük...
Prezidentə yazırlar: Xalq olaraq keçmişi də görmüşük...
02.06.20, Siyasət
Ombudsman uşaqlarla bağlı bəyanat yayıb
Ombudsman uşaqlarla bağlı bəyanat yayıb
01.06.20, Siyasət
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
İlham Əliyev doğru qərarlar qəbul etdi
İlham Əliyev doğru qərarlar qəbul etdi
27.03.20, Gündəm
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət