25
iyun
2020
10:18
1 170


Universal kart

AdRiver


“Koronavirus ruhi xəstələrin sayının artmasına səbəb ola bilər”

Bir neçə aydır ki, koronavirus pandemiyası bəşəriyyəti ağuşuna alaraq insanları təşvişə salıb. Son vaxtlar infeksiyaya yoluxma halları kütləvi şəkildə artmağa başlayıb. Əlbəttə, bu həndəsi yüksəlmə Azərbaycanda da müşahidə olunur.  Ölkəmizdə pandemiya ilə bağlı ümumi test sayı 432 min 858-ə çatıb. Dünənki günlük statistikaya əsasən, 508 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Hazırkı dövrədək ölkəmizdə 13min 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 7 min 503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6 min 45 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Heç kimə sirr deyil ki, bu gərgin vəziyyət insanların psixologiyasına təsirsiz ötüşməyib. Hətta bəzi ölkələrdə, eləcə də  Azərbaycanda bu pandemiyanın psixololoji travmasına dözməyərək intihara cəhd edənlər də olub. 

Maraqlıdır, belə emosional və gərgin məqamlarda insanlar özlərini  psixi gərginlikdən necə qorumalı və sağlamlıqlarının qayğısına necə qalmalıdırlar?

Suallarımızı cavablandıran psixoloq  Aytən Ələkbərova bildirib ki, insanın psixi inkişafı həddindən artıq çox mürəkkəb prosesdir:
 
“Psixi inkişafın inteqrasiyası, qeyri-bərabərliyi insanın nöqteyi- nəzərini iflic etməyə doğru gedir. Bu insanların aldığı informativ stresdir. Hazırkı dövr birbaşa informasiya  stresinin yaranmağına səbəb olub.  Təbii ki, virusla mübarizə aparmalıyıq. Aparılan mübarizədə savadlı həkimlərimiz virusun səbəbini araşdırmalıdır. Biz xarici ölkələrdən hansısa bir alimin gəlməsini gözləməməliyik. Bizim potensialı, enerjisi yüksək olan həkimlərimiz var. İnsanları informasiya ilə öldürməməliyik. Virusdan özünüzü qoruyun ancaq “virus məni öldürəcək” deyə düşünməyin. İlk olaraq pozitiv olub immunitetimizi gücləndirməliyik ki, virusa qalib gələk".

Psixoloq A.Ələkbərova pandemiyanın müsbət və mənfi cəhətlərinə də diqqət çəkib:
 
"Bilirik ki,virus var və biz ozümüzü qorumalıyıq. Öz gigiyenamıza diqqət və qəbul olunan qaydalara əməl etsək, bu vəziyyətin öhdəsindən gələ bilərik.Yenidən insanın özünü dərk etməsi, mənlik şüurunun inkişafı müsbət cəhətlər kimi qiymətləndirilə bilər və bu, tezliklə nəzərə çarpacaq. Mənfi cəhət isə odur ki, insanların psixologiyası pozularsa, bu, ruhi xəstələrin sayının artmasına səbəb ola bilər".

Xəbəri paylaşın




Digər xəbərlər:
Ceyhun Məmmədov:Pandemiya dünyada yarandığı ilk gündən başlayaraq dövlətimiz tərəfindən operativ addımlar atıldı
Ceyhun Məmmədov:Pandemiya dünyada yarandığı ilk gündən başlayaraq dövlətimiz tərəfindən operativ addımlar atıldı
10.06.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxma faktı yenidən artdı - NÖVBƏTİ ÖLÜM
Azərbaycanda koronavirusa yoluxma faktı yenidən artdı - NÖVBƏTİ ÖLÜM
12.05.20, Cəmiyyət
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı
11.05.20, Cəmiyyət
Azərbaycanda karantin rejimi uzadıldı - Rəsmi
Azərbaycanda karantin rejimi uzadıldı - Rəsmi
18.04.20, Gündəm
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
Korona haqqında bunları mütləq bilməlisiniz – 31 sualın cavabı
Korona haqqında bunları mütləq bilməlisiniz – 31 sualın cavabı
15.03.20, Cəmiyyət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət