25
iyun
2020
12:52
1 453


Universal kart

AdRiver


Prokurorların səlahiyyəti artırıldı

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Qanunla.Az
xəbər verir ki, Məcəlləyə təklif olunan dəyişikliklə prokurorların səlahiyyəti artırılır.

Hazırda Məcəllənin 84.9-cu maddəsində qeyd edilib ki, prokuror Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina edə bilər.

Prokuror bu qaydalara riayət etməklə bəzi hüquqlara da malikdir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror yuxarı prokurorun göstərişlərini yerinə yetirməlidir.

Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi, cinayətin tövsifi, ittihamın həcmi, işin icraatına xitam verilməsi və ya məhkəməyə göndərilməsinə dair yuxarı prokurorun göstərişləri ilə razı olmayan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz əsaslandırılmış etirazını yuxarı prokurora göndərməkdə haqlıdır.

Bu halda yuxarı prokuror onun dəlilləri ilə razılaşır və öz yazılı göstərişlərini geri götürür.Əks təqdirdə, onun dəlilləri ilə razılaşmayaraq, cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi digər prokurora tapşırır. Prokurorun yazılı göstərişlərindən edilən etiraz bu göstərişlərin icrasını dayandırmır.

Məcəlləyə təklif olunan dəyişikliklə isə, prokurora daha bir hüquq verilir. Təklif olunan 84.6.9-1-ci maddəyə görə, prokuror şəxsə irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsifini təklif edə bilər.

Həmçinin prokurora şəxsə irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək hüququ verilir.

Məcəlləyə dəyişikliklərin 2020-ci il iyul ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Xəbəri paylaşın




Digər xəbərlər:
Milli Məclis büdcənin icrası haqqında qanun layihəsini qəbul etdi
Milli Məclis büdcənin icrası haqqında qanun layihəsini qəbul etdi
19.06.20, Hüquq
Milli Məclisin plenar iclasının gündəliyi dəyişdirildi
Milli Məclisin plenar iclasının gündəliyi dəyişdirildi
18.06.20, Siyasət
Prokurorların səlahiyyəti artırılır
Prokurorların səlahiyyəti artırılır
05.06.20, Cəmiyyət
İlham Əliyev 3 fərman imzaladı
İlham Əliyev 3 fərman imzaladı
01.06.20, Siyasət
Milli Məclisin son plenar iclasında 11 qanun layihəsi müzakirə ediləcək
Milli Məclisin son plenar iclasında 11 qanun layihəsi müzakirə ediləcək
30.05.20, Siyasət
Tələbələrə ŞAD XƏBƏR
Tələbələrə ŞAD XƏBƏR
27.05.20, Sosial
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
01.05.20, Hüquq
İlham Əliyev 4 fərman, 1 sərəncam imzaladı
İlham Əliyev 4 fərman, 1 sərəncam imzaladı
19.03.20, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət