25
iyun
2020
16:21
1 438


Universal kart

AdRiver


DİM: “Bu gün keçirilən imtahanlarda qayda pozuntusu olmayıb”

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 25-də ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.
Dövlət İmtahan Mərkəzindən Qanunla.Az-a verilən məlumata görə, pandemiya şəraitinin tələblərinə əsasən, iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.
İmtahanlar Ağstafa, Şamaxı, Balakən, Oğuz, Bərdə, Zərdab, İmişli, Biləsuvar, Astara, Quba olmaqla, ümumilikdə 10 şəhər və rayonda keçirilib.
İmtahanların təşkil edilməsi üçün 52 imtahan binası, 834 imtahan zalı, 52 ümumi imtahan rəhbəri, 133 imtahan rəhbəri, 1090 nəzarətçi-müəllim, 104 buraxılış rejimi əməkdaşı, 52 bina nümayəndəsi ayrılıb.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumatlara əsasən, imtahanda hər hansı qayda pozuntusu (mobil telefon və s.) baş verməyib.
İyunun 26-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın beş gün ərzində elan olanacaq.
11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən, nəticələrin üç həftə ərzində elan olunması nəzərdə tutulur.

Xəbəri paylaşın




Digər xəbərlər:
Bugünkü imtahana iki nəfər buraxılmadı
Bugünkü imtahana iki nəfər buraxılmadı
24.06.20, Cəmiyyət
4 şagird temperaturu olduğu üçün imtahana buraxılmadı
4 şagird temperaturu olduğu üçün imtahana buraxılmadı
18.06.20, Cəmiyyət
Növbəti buraxılış imtahanının vaxtı açıqlandı - CƏDVƏL
Növbəti buraxılış imtahanının vaxtı açıqlandı - CƏDVƏL
17.06.20, Cəmiyyət
25 mindən çox şagird buraxılış imtahanı verəcək
25 mindən çox şagird buraxılış imtahanı verəcək
10.06.20, Cəmiyyət
Tələbələrə ŞAD XƏBƏR
Tələbələrə ŞAD XƏBƏR
27.05.20, Sosial
Baş Nazir yeni qərar imzaladı
Baş Nazir yeni qərar imzaladı
13.05.20, Cəmiyyət
Azərbaycanda karantin rejimi uzadıldı - Rəsmi
Azərbaycanda karantin rejimi uzadıldı - Rəsmi
18.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
Başqasının yerinə imtahan vermək istəyənlər cəzalandırılacaq! - XƏBƏRDARLIQ
Başqasının yerinə imtahan vermək istəyənlər cəzalandırılacaq! - XƏBƏRDARLIQ
16.12.19, Cəmiyyət