26
iyun
2020
12:10
1 297


Universal kart

AdRiver


“İnsanlar "daş məndən keçdi, kimə dəydi, dəydi" deyə fikirləşir" — Baş infeksionist

İki həftəlik sərt karantin rejimi koronavirusa yoluxanlarının sayının azalması və xəstəxanaların yükünün normaya düşməsi baxımından vacibdir.

Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, gündəlik yoluxma göstəricilərində artım tempi müşahidə edilir: “Sərt karantinlə insanlar arasında yoluxmanın sayının azalmasına nail olmaq istəyirik. Məqsəd budur. Sərt karantin rejimində yoluxanların sayının nə qədər olması iki həftəyə bilinəcək. Nəticə insanların özündən asılıdır. Vətəndaşlarımız tövsiyələrə əməl edərlərsə, maska taxarlarsa, istədiyimiz nəticəni əldə edə bilərik”.

C.İsayev bildirib ki, xəstəxanalar kifayət qədər koronaviruslu xəstələrlə dolub: “Bunun öhdəsindən hələlik gəlinir. Lakin vəziyyət bundan ağır olarsa, o zaman işimiz çətinləşəcək. İnsanlar arasında ictimai qınaq olmalıdır. Bu, olarsa, maskadan istifadə edənlərin sayı artır. Lakin hazırda ictimai qınaq demək olar ki, yoxdur. İnsanlar "daş məndən keçdi, kimə dəydi, dəydi" deyə fikirləşir”.
 
Baş infeksionist qeyd edib ki, sərt karantin rejiminin tətbiq edilməsinin məqsədi insanlar arasında təmasın olmaması və infeksiyanın yayılmasının qarşısının alınmasıdır: “Yenə deyirəm ki, buna nə qədər əməl edilməsi insanlardan asılıdır. Dövlət lazım olan bütün işləri görür. Lakin təəssüf ki, bir çox insanlar buna əməl etmir. Onlar qaydalara əməl etmirsə, dövlət nə etsin? Dövlət kifayət qədər tədbirlər görür, vəsait ayırır. Həkimlərimiz gecə-gündüz xəstələrin sağlamlığının keşiyində durur, yorulmadan, hətta yorğun olsalar belə işləyirlər. Yoluxma hallarının artmasına rəğmən qaydalara əməl etməyən insanlar var, xüsusən gənclər çoxluq təşkil edir. Hamı bunu görür, lakin qınaq yoxdur. Vətəndaşlarımızdan çox şey asılıdır”.

Xəbəri paylaşın




Digər xəbərlər:
AZƏRBAYCANDA KORONAVİRUSLA MÜBARİZƏ MODELİ
AZƏRBAYCANDA KORONAVİRUSLA MÜBARİZƏ MODELİ
20.06.20, Cəmiyyət
Ceyhun Məmmədov:Pandemiya dünyada yarandığı ilk gündən başlayaraq dövlətimiz tərəfindən operativ addımlar atıldı
Ceyhun Məmmədov:Pandemiya dünyada yarandığı ilk gündən başlayaraq dövlətimiz tərəfindən operativ addımlar atıldı
10.06.20, Siyasət
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Baş infeksionistdən xəbərdarlıq: Bu dəfə çox çətin olacaq…
Baş infeksionistdən xəbərdarlıq: Bu dəfə çox çətin olacaq…
20.05.20, Sosial
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Koronavirusa yoluxan azərbaycanlı gənc: "Heç vaxt belə ağrı hiss etməmişəm"
Koronavirusa yoluxan azərbaycanlı gənc: "Heç vaxt belə ağrı hiss etməmişəm"
27.03.20, Sosial
Koronavirusun Azərbaycana təsirləri niyə azdır? – TƏHLİL
Koronavirusun Azərbaycana təsirləri niyə azdır? – TƏHLİL
25.03.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
15.01.20, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət