26
iyun
2020
15:34
1 458


Universal kart

AdRiver


Dünya Səhiyyə Təşkilatı həyəcan təbili çalır: Virusun ikinci dalğası...

Avropa ölkələrinin bir çoxu sərhədləri açıb, karantin qaydalarını xeyli yumşaldıb. Halbuki qitə koronavirusun ikinci dalğası ilə üz-üzədir.
 
Bizimyol.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı bəyanat yayıb. Təşkilatın Avropa regional bürosunun direktoru Hans Klyuge "Youtube” portalındakı çıxışı zamanı yoluxma sayının xeyli artdığını bildirib. Onun sözlərinə görə, bölgənin 30 ölkəsində artım var. Bunlardan 11-də epidemiya yenidən sürət götürə bilər. Qarşısı vaxtında alınmasa, faciə gözlənilir.

Klyugenin fikrincə, karantin qaydalarının yumşaldılması yoluxma sayının artımına təkan verir.: "Avropanın bir çox ölkələrində bu risk reallığa çevrilib”. Amma Klyuge Polşada, Almaniyada, İspaniyada və İsraildə hökumətin daha çevik davrandığını bildirir. Ümumdünya Səhiyyə Təşkilatının bədbin açıqlamalarına baxmayaraq, büro rəhbəri avropalıların qaydalara riayət etməyə daha çox meylli olmasını qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada virusa yoluxanların sayı 9.7 milyon nəfəri keçib. İndiyə qədər infeksiya üzündən təxminən 500 min nəfər həyatını itirib. Avropada virusa 2.38 milyon nəfər yoluxub. 189 mindən çox avropalı epidemiyaya görə ölüb. Qitədə hər gün 13-14 min yoluxma faktı qeydə alınır. Bu gün rəqəmin daha yüksək olmaq ehtimalı var.

Xəbəri paylaşın




Digər xəbərlər:
Avropada koronanın yeni dalğası başladı - ÜST
Avropada koronanın yeni dalğası başladı - ÜST
26.06.20, Dünya
Əsədov qərar verdi: Məktəblərin mühafizəsi...
Əsədov qərar verdi: Məktəblərin mühafizəsi...
20.06.20, Cəmiyyət
Avropa.info xəbər portalının 8 yaşı tamam olur
Avropa.info xəbər portalının 8 yaşı tamam olur
07.06.20, Cəmiyyət
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
MTN vətəndaşları şərləmək üçün 75 tapançanı qaçaq yolla ölkəyə gətirib- SABİQ NAZİR NİCAT QULİYEVDƏN SENSASİON AÇIQLAMALAR (EKSKLÜZİV)
MTN vətəndaşları şərləmək üçün 75 tapançanı qaçaq yolla ölkəyə gətirib- SABİQ NAZİR NİCAT QULİYEVDƏN SENSASİON AÇIQLAMALAR (EKSKLÜZİV)
28.04.20, Gündəm
Azərbaycanda karantin rejimi uzadıldı - Rəsmi
Azərbaycanda karantin rejimi uzadıldı - Rəsmi
18.04.20, Gündəm
Çin koronavirusa görə dünyaya maddi təzminat ödəyəcəkmi? - TƏHLİL
Çin koronavirusa görə dünyaya maddi təzminat ödəyəcəkmi? - TƏHLİL
26.03.20, Dünya
Koronavirusun Azərbaycana təsirləri niyə azdır? – TƏHLİL
Koronavirusun Azərbaycana təsirləri niyə azdır? – TƏHLİL
25.03.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət