27
iyun
2020
12:39
1 063


Universal kart

AdRiver


Karantini pozanlar üçün cərimələr artırılır

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Qanunla.Az xəbər verir ki, Məcəllənin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) yeni redaksiyada verilir.
Yeni redaksiyaya görə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.
Hazırda isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər şəxslər 1 500 manatdan 2 000 manatadək cərimə edilir.
Digər bir dəyişikliklə isə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs , hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək.
Hazırda isə işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə olunur.
Məcəlləyə dəyişiklik layihəsi parlamentin iyunun 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Xəbəri paylaşın




Digər xəbərlər:
Cərimələrlə bağlı qanun qəbul olundu
Cərimələrlə bağlı qanun qəbul olundu
02.06.20, Cəmiyyət
Maska taxmamağa görə cəzalar başladı – Qanun
Maska taxmamağa görə cəzalar başladı – Qanun
31.05.20, Cəmiyyət
Maskalardan istifadə edilməməsinə görə 400 manatadək cərimələr gəlir
Maskalardan istifadə edilməməsinə görə 400 manatadək cərimələr gəlir
30.05.20, Cəmiyyət
Nazirlər Kabineti: Maskadan istifadə etməyənlər cərimələnəcəklər
Nazirlər Kabineti: Maskadan istifadə etməyənlər cərimələnəcəklər
29.05.20, Cəmiyyət
Karantin cərimələri tutulmağa başladı — Maaş, pensiya, əmlaka həbs...
Karantin cərimələri tutulmağa başladı — Maaş, pensiya, əmlaka həbs...
27.05.20, Cəmiyyət
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
01.05.20, Hüquq
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyev 4 fərman, 1 sərəncam imzaladı
İlham Əliyev 4 fərman, 1 sərəncam imzaladı
19.03.20, Siyasət
2020-ci ildə maaşımızdan nə qədər pul tutulacaq? - QAYDALAR
2020-ci ildə maaşımızdan nə qədər pul tutulacaq? - QAYDALAR
20.12.19, İqtisadiyyat