27
iyun
2020
17:08
2 567


Universal kart

AdRiver


Ölkədə yoluxma artdı - Baş nazir müşavirə keçirdi

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş videomüşavirədə ölkəmizdə pandemiya ilə mübarizəyə dair son vəziyyət müzakirə olunub.
Bu barədə Qanunla.Az-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Müzakirədə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Birinci vitse-prezidentin köməkçisi Andrey Sipilin, Səhiyyə naziri Oqtay Şirəliyev, Səhiyyə nazirinin müavini Viktor Qasımov, İcbari Tibbi sığorta Agentliyinin sədri Zaur Əliyev, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Gəncə Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov, Cəlilabad rayon İcra hakimiyyətinin başçısı Namiq Zeynalov, həmin şəhər və rayonların baş həkimləri, habelə Bakı şəhərinin koronavirus xəstlərinin müalicəsinə cəlb olunmuş 4 böyük xəstəxanasının rəhbərləri iştirak ediblər.
Qeyd olunub ki, iyunun ortalarından başlayaraq ölkəmizdə COVİD-19-a yoluxma halları çoxalıb və bu hökuməti ciddi narahat edir.
Baş nazir Əli Əsədov qeyd edib ki, Prezident İlham Əliyev Gəncə şəhərindəki çıxışı zamanı ölkəmizdə pandemiya ilə mübarizənin milli təhlükəsizlik məsələsi olduğunu bildirib və bu işi dövlətin ən mühüm prioriteti elan edib.
Baş nazir qeyd edib ki, karantin rejiminin tətbiqindən sonra ötən dövr ərzində görülmüş işlərin nəticəsində xəstəliklə mübarizədə müsbət tendensiya müşahidə olunmaqdadır, ancaq biz arxayınlaşmamalıyıq və çarpayıların sayının artırılması, maddi-texniki bazanın gücləndirilməsi işini sürətləndirmək lazımdır.
Müşavirədə problemlər də müzakirə olunub və Baş nazir müvafiq tapşırıqlar verib.

Xəbəri paylaşın




Digər xəbərlər:
İcra hakiminə ittiham: “Bizim pulumuzla prokuror oğlunu sahibkar edibsən”
İcra hakiminə ittiham: “Bizim pulumuzla prokuror oğlunu sahibkar edibsən”
22.05.20, Cəmiyyət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Prezident Mikayıl Cabbarova yeni vəzifə verdi — SƏRƏNCAM
Prezident Mikayıl Cabbarova yeni vəzifə verdi — SƏRƏNCAM
02.03.20, Siyasət
Əli Əsədov nazirləri topladı - MÜHÜM MÜŞAVİRƏ
Əli Əsədov nazirləri topladı - MÜHÜM MÜŞAVİRƏ
24.01.20, Siyasət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
2020-ci ildə maaşımızdan nə qədər pul tutulacaq? - QAYDALAR
2020-ci ildə maaşımızdan nə qədər pul tutulacaq? - QAYDALAR
20.12.19, İqtisadiyyat