28
dekabr
2019
17:49
1969


Universal kart

AdRiver


Medianın seçki hazırlığı: Namizədləri gözləyirik

Qarşıdan 9 fevral – parlament seçkiləri gəlir. Bu prosesdə medianın da üzərinə böyük məsuliyyət düşür. Seçkinin işıqlandırılması, cəmiyyətin operativ xəbərlərlə təmin olunması mediadan asılıdır.
 
Bəs, görəsən, media orqanları seçkiyə necə hazırlaşır?  Ümumiyyətlə, Azərbaycan mediasının seçkilərdəki fəaliyyəti qaneedicidirmi?
 
Ölkə.az-ın baş redaktoru İntiqam Valehoğlu seçkiyə tam hazır olduqlarını deyib:
 
“Mediada hazırlaşmalı bir şey qalmayıb. Artıq üzdə olan, tanıdığımız jurnalistlərin bəlkə də 50 faizi namizəd olmaq iddiasındadır deyə, daha çox bu hazırlıq prosesi həmin o jurnalistlərin təbliğat-təşviqat məsələləri ilə daha çox müşaiyət olunacaq. Digər maraqlı tərəf də odur ki, heç vaxt nə mədəniyyət, nə də mətbuat nümayəndələri arasında seçkilərə bu qədər maraq olub. Hətta 5-6 ildir ki, mətbuata gəlmiş adamlar tanıyıram ki, onlar da artıq  imza vərəqələri götürüb, imza toplamağa başlayıb. O ki qaldı, bizim hazırlıq məsələmizə, 2015-ci ilin parlament seçkilərində də Ölkə.az-da olmuşam. Biz ilkin nəticələr açıqlanana qədər (səhərə qədər) ofisdə olmuşuq. Təbii ki, yenə də seçki məntəqələrində əməkdaşlarımız olacaq, prosesi də bacardığmız qədər işıqlandırmağa çalışacağıq.
 
Yəqin ki, tətil əhval-ruhiyyəsi var deyə medianın bu dəfəki seçkiyə nə dərəcədə hazır olacağı tətildən sonra daha aydın bilinəcək. Çünki təbliğat-təşviqat dönəminə bir neçə gün var. Amma 2015-ci ilin seçkisini götürsək, medianın bu məsələlərdə mövqeyi elə də pis alınmadı. Amma bu dəfəki seçkidə bir çox baş redaktorlar, redaktorlar namizəd qismində iştirak etdiklərinə görə, bilmirəm, onlar öz işlərinə rəhbərlik edə biləcəklər, ya yox?!”
 
Azvision.az-ın baş redaktoru Vüsal Məmmədov isə seçki prosesində əlavə hazırlığa ehtiyac olmadığını vurğulayıb:
 
“Parlament seçkisinə qoy, namizədlər hazırlaşsınlar. Biz isə hər zaman işimizi görürük və görəcəyik. Medianın işinə gəlincə, düşünürəm ki, ikinci dərəcəli, əhəmiyyəti olmayan informasiyalara lazım olduğundan çox yer ayırırlar.”
 
Report İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev bildirib ki, rəhbərlik etdiyi agentlik 5 ildən çoxdur ki, Azərbaycanda baş tutan bütün ümumxalq seçkilərini əhatəli şəkildə işıqlandırır. Misal üçün, Azərbaycanda keçirilən son bələdiyyə seçkilərini ölkə mediasında ən geniş işıqlandıran iki informasiya resursundan biri “Report” oldu (digəri AZƏRTAC-dır). Belə ki, bələdiyyə seçkiləri elan olunandan yekunlaşana kimi Report.az saytında 200-dək xəbər, məqalə dərc olunub. Təkcə seçki günü foto və videoreportajlar da daxil olmaqla 66 material verdik. Təbii ki, növbədənkənar parlament seçkilərinə cəmiyyətin diqqətinin bələdiyyə seçkilərindən qat-qat artıq olduğunu nəzərə alsaq, bu seçki prosesinin əhatəli işıqlandırılması Agentlik üçün prioritet məsələlərdən biridir. Səsvermə prosesini isə həm Bakıdakı əməkdaşlarımız, həm Azərbaycanın bütün bölgələrindəki müxbirlərimiz, həm də xarici ölkələrdəki bürolarımız foto-video materiallarla işıqlandıracaq. “Report” namizədlərin ödənişli təşviqatının aparılması prosesinə də qoşulur. Artıq seçkiqabağı təşviqata dair qanunvericiliyin tələblərinə uyğun olaraq deputatlığa namizədlərin, habelə siyasi partiya və seçki bloklarının təbliğat və təşviqat kampaniyasında ödənişli şərtlərlə iştirak etməklə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət ünvanlamışıq. Ümumilikdə, fevralın 9-na təyin olunmuş parlament seçkilərinə medianın diqqəti həddindən artıq yüksəkdir. Bunun da səbəbi ölkədə aparılan davamlı islahatların qanunverici orqanı da əhatə etməsi, Milli Məclisə yeni, daha müasir düşüncəli şəxslərin seçiləcəyi gözləntisidir. Digər tərəfdən, kifayət qədər çoxlu sayda jurnalistin Milli Məclisə seçkilərdə öz namizədliyini irəli sürməsi də müşahidə olunur, bu da öz növbəsində ölkə mətbuatının daha da canlanmasına səbəb olub.
 
Modern.az-ın  redaktoru Vüqar İsmayılov qanunvericilik çərçivəsində namizədlərin piarının aparılmasında iştirak edəcəklərini qeyd edib:
 
“Təbii ki, hansı media qurumunun rəhbərindən soruşsanız, seçkilərə hazır olduqlarını deyəcək. Söhbət qarşıdan gələn parlament seçkilərində hər hansı bir namizədin piarının qurulması, reklamıdırsa, medianın üzərinə düşən iş odur ki, ona öz səhifəsində yer ayıracaq. Bunun üçün hazırlığa ehtiyac duyulmur.
 
Modern.az olaraq Mərkəzi Seçki Komissiyasına  məktub ünvanlamışıq, öz reklam xidmətlərimizi təklif etmişik. Onu da deyə bilərəm ki, modern.az-a kifayət qədər müraciət olunub.Qanunvericiliyin imkan verdiyi şərtlər daxilində bu prosesdə iştirak edəcəyik”.

Xəbəri paylaşın




Digər xəbərlər:
“Çünki mən sizə irad tutmuşam” - Prezident
“Çünki mən sizə irad tutmuşam” - Prezident
26.12.19, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət
“Daha bir neçə icra hakimiyyətində yoxlamalar davam edir” – Zahid Oruc
“Daha bir neçə icra hakimiyyətində yoxlamalar davam edir” – Zahid Oruc
21.12.19, Siyasət
Prezident İlham Əliyev Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb
Prezident İlham Əliyev Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb
20.12.19, Siyasət
2020-ci ildə maaşımızdan nə qədər pul tutulacaq? - QAYDALAR
2020-ci ildə maaşımızdan nə qədər pul tutulacaq? - QAYDALAR
20.12.19, İqtisadiyyat
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
20.12.19, Siyasət
Lerikində icra başçısı həbs oluna bilər- İddia
Lerikində icra başçısı həbs oluna bilər- İddia
19.12.19, Gündəm
“Çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın” - Prezident
“Çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın” - Prezident
19.12.19, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət
YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI: “Seçkidə əsas namizədlərdən olacaq”
YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI: “Seçkidə əsas namizədlərdən olacaq”
12.12.19, Gündəm