06
iyul
2020
16:14
11 480


Universal kart

AdRiver


Ləğv prosesində olan bankların əmanətçilərinə 181,4 milyon manat kompensasiya ödənilib

Qanunla.Az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atabank” ASC, “Amrahbank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin 11,3 min əmanətçisinə qorunan əmanətlər üzrə iyulun 6-dək “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 181,4 milyon manat kompensasiya ödəyib. 
Bildirilib ki, ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir. 
Ləğv prosesində olan “AG Bank” ASC və “NBC Bank” ASC- nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir. 
Qeyd olunur ki, “Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Xəbəri paylaşın




Digər xəbərlər:
Əbülfəs Qarayev istintaqa çağırılıb — Həbs edilir?
Əbülfəs Qarayev istintaqa çağırılıb — Həbs edilir?
01.07.20, Hadisə
Tibb işçilərinə may ayı üzrə 13,7 milyon manat müddətli əlavə ödənilib
Tibb işçilərinə may ayı üzrə 13,7 milyon manat müddətli əlavə ödənilib
23.06.20, Cəmiyyət
"Sahibkarın kredit faizi 7,5 və daha az olacaq"
"Sahibkarın kredit faizi 7,5 və daha az olacaq"
14.06.20, İqtisadiyyat
Ləğv olunan iki bankda qorunan əmanətlər “Beynəlxalq Bank” vasitəsilə ödəniləcək - RƏSMİ
Ləğv olunan iki bankda qorunan əmanətlər “Beynəlxalq Bank” vasitəsilə ödəniləcək - RƏSMİ
14.06.20, İqtisadiyyat
“AG Bank” və “NBC Bank”dakı əmanətlər üzrə kompensasiyaların hansı bankdan veriləcəyi məlum oldu
“AG Bank” və “NBC Bank”dakı əmanətlər üzrə kompensasiyaların hansı bankdan veriləcəyi məlum oldu
05.06.20, İqtisadiyyat
Ata Bank və Amrah Bankın əmanətçilərinə kompensasiyalar bu filiallarda ödəniləcək - SİYAHI
Ata Bank və Amrah Bankın əmanətçilərinə kompensasiyalar bu filiallarda ödəniləcək - SİYAHI
30.05.20, İqtisadiyyat
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
Əmanətçi kompensasiya almaq üçün nə etməlidir? – SUALLARA CAVABLAR
Əmanətçi kompensasiya almaq üçün nə etməlidir? – SUALLARA CAVABLAR
14.05.20, İqtisadiyyat
Mərkəzi Bank NBCBank və AGBank barədə qərarlarını açıqladı
Mərkəzi Bank NBCBank və AGBank barədə qərarlarını açıqladı
12.05.20, İqtisadiyyat
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət