29
iyul
2020
14:50
1 140


Universal kart

AdRiver


Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Qanunla.Az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, gündüz dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. 
Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz  26-29, Bakıda  gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.
30 iyulda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə  isti olacaq.
İyulun 30-da Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Xəbəri paylaşın




Digər xəbərlər:
Sabah qərb küləyi əsəcək, leysan yağacaq
Sabah qərb küləyi əsəcək, leysan yağacaq
28.07.20, Cəmiyyət
Sabahın havası: Güclü külək, leysan, dolu
Sabahın havası: Güclü külək, leysan, dolu
26.07.20, Cəmiyyət
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
24.07.20, Cəmiyyət
Sabahın havası açıqlandı: Şimşək, yağış
Sabahın havası açıqlandı: Şimşək, yağış
21.07.20, Cəmiyyət
Sabah Azərbaycanda 41 dərəcə isti gözlənilir
Sabah Azərbaycanda 41 dərəcə isti gözlənilir
20.07.20, Cəmiyyət
Sabah havanın hərarəti 36 dərəcəyə qədər yüksələcək
Sabah havanın hərarəti 36 dərəcəyə qədər yüksələcək
14.07.20, Cəmiyyət
Küləkli hava davam edəcək
Küləkli hava davam edəcək
09.07.20, Cəmiyyət
Sabah hava necə olacaq? — PROQNOZ
Sabah hava necə olacaq? — PROQNOZ
27.06.20, Cəmiyyət
Sabahın havası: Güclü külək, leysan
Sabahın havası: Güclü külək, leysan
25.06.20, Cəmiyyət
Sabah yağış yağacaq, şimşək çaxacaq — PROQNOZ
Sabah yağış yağacaq, şimşək çaxacaq — PROQNOZ
20.06.20, Cəmiyyət