31
iyul
2020
11:36
1 142


Universal kart

AdRiver


Naqif Həmzəyev: Amerika polisi soydaşlarımızı qorumadı, baş verən qanunsuzluqları görməməzlikdən gəldi

Azərbaycan demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması sahəsində mühüm nailiyyətlər əldə edib. İctimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında yer alan Azərbaycanda siyasi partiyalar, yüzlərlə qeyri-hökumət təşkilatları və mətbuat tam sərbəst fəaliyyət göstərir.
Bunu Milli Məclisin insan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev bildirib.
Millət vəkili qeyd edib ki, ölkəmizdə vətəndaşların sərbəst toplaşmaq, öz fikirlərini müstəqil şəkildə ifadə etmək hüququna heç bir maneə törədilmir. Azərbaycanın dinamik inkişafı və beynəlxalq nüfuzunun mütəmadi olaraq artması bəzi dairələr tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır. Belə xarici qüvvələrin oyuncağına çevrilmiş, özünü müxalifət adlandıran antimilli qüvvələr ölkəmizdə bərqərar olan demokratik prinsiplərə kölgə salmaq məqsədi ilə icazəsiz aksiyalar keçirirlər. Ölkə daxilində özünü “müxalifət” qismində təqdim etməyə cəhd göstərən dağıdıcıların ermənipərəstlərin “mətbəx”ində hazırlanan yalanları həyata keçirmək məqsədli aksiya cəhdlərinin qarşısının alınması ABŞ-da anti-Azərbaycan dairələri tərəfindən istədikləri formada təqdim edilməsi təəssüf doğurur.Onların nəzarətində olan KİV və QHT-lər hər fürsətdə Azərbaycan hakimiyyətini tənqid edir, qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar verirlər. ABŞ-ın insan hüquq və azadlıqları, demokratiya ilə bağlı bəyanatları artıq hər kəsdə inamsızlıq yaradıb.
Başqa dövlətləri tənqid etməyə alışmış Amerikanın öz daxilində vəziyyət heç də ürəkaçan deyil. Bu sferada ən ciddi problemlər məhz ABŞ-da yaşanır. Özünü dünyanın ən qüdrətli demokratiya ölkəsi sayan ABŞ-da baş verən hadisələr bu prinsipin, insan haqlarının kobud çəkildə pozulduğunu göstərir. Polis zorakılığının isə həddi-hüdudu olmur.
İyulun 28-də ABŞ-ın nüfuzlu “New York Times” qəzetində Nyu-York şəhərində nümayişdə iştirak edən insanlara göstərilən təzyiqlə bağlı tənqidi məqalənin dərc olunması bunu daha bir təsdiqidir. Özünün “demokratik” ölkə adlandıran Amerikada əksəriyyəti mülki geyimdə olan polis güclərinin aqressiv şəkildə mitinqə müdaxilə etməsi, mitinq iştirakçılarını nömrəsiz mikroavtobuslara mindirərək naməlum istiqamətə aparmışı reallıqdır və acı təəssüf hissi doğurur. Polis saxlanılan şəxslərin polis kameralarına zərər verdiyi üçün maşına mindirildiyini söyləsə də, bununla bağlı dəlillər təqdim etməmişdir. Əslində bu cür hallar ABŞ-da demək olar hər gün baş verir. ABŞ rəsmiləri öz ölkələrində demokratiyanı bərqərar edə bilmədikləri, vətəndaşlarının həyat təhlükəsizliyinə təminat verə bilmədikləri halda, başqalarına demokratiya, insan hüquqları, hüquq dövləti haqqında mühazirələr söyləyir, yol göstərirlər.
İyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzünə etiraz olaraq soydaşlarımızın Vaşinqtonda, Torontoda, Stokholmda, Los Ancelesdə, Brüsseldə və digər şəhərlərdə keçirdikləri dinc aksiyaya erməni diaspor fəallarının kobud və qanunsuz müdaxiləsinə Amerika Birləşmiş Ştatlarının hüquq-mühafizə orqanları göz yumdu. Dinc şəkildə etiraz etmək məqsədilə toplaşan azərbaycanlılar onlardan sayca dəfələrlə çox olan ermənilər tərəfindən hücuma məruz qaldı, Azərbaycan diplomatik missiyanın əməkdaşları xəsarətlər alıdı. Amerika polisi soydaşlarımızı qorumadı, baş verən qanunsuzluqları görməməzlikdən gəldi. Bu da insan hüquq və azadlıqları, demokratiya ilə bağlı bəyanatlar yayan ABŞ-ın insan hüquqlarını təmin edə bilmədiyini, demokratiya məfhumundan vasitə kimi istifadə etdiyini göstərir.

Xəbəri paylaşın




Digər xəbərlər:
Həsən Bəy Zərdabi irsinin təbliği məqsədilə beynəlxalq və yerli online videokonfransların təşkili uğurla və effektiv davam etdilir-FOTOLAR
Həsən Bəy Zərdabi irsinin təbliği məqsədilə beynəlxalq və yerli online videokonfransların təşkili uğurla və effektiv davam etdilir-FOTOLAR
06.07.20, Cəmiyyət
Ombudsman uşaqlarla bağlı bəyanat yayıb
Ombudsman uşaqlarla bağlı bəyanat yayıb
01.06.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: Trampın məktubunun geosiyasi məqamları
ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: Trampın məktubunun geosiyasi məqamları
18.05.20, Siyasət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
İlham Əliyev doğru qərarlar qəbul etdi
İlham Əliyev doğru qərarlar qəbul etdi
27.03.20, Gündəm
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət