04
sentyabr
2020
10:07
1417


Universal kart

AdRiver


Prokurorluq Gəncədə ustanın ölümü ilə bağlı məlumat yaydı

Sentyabrın 3-də saat 15 radələrində Gəncə şəhəri ərazisində inşa olunan hündürmərtəbəli yaşayış binasından ustanın yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə Gəncə Şəhər Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Qanunla.Az-a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən olunub ki, 1991-ci il təvəllüdlü Azər Yusifov şəhərin Azərbaycan bayrağı küçəsində Hünər İnşaatçı MMC tərəfindən inşa olunan hündürmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində texniki işlərin görülməsi zamanı hündürlükdən yıxılmış və aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən zəruri ekspertizalar təyin olunub.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbəri paylaşın




Digər xəbərlər:
Ana-balanı bıçaqlayan ailə başçısı tutuldu
Ana-balanı bıçaqlayan ailə başçısı tutuldu
05.07.20, Kriminal
Prezidentdən MÜHÜM FƏRMAN
Prezidentdən MÜHÜM FƏRMAN
04.06.20, Siyasət
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
Gəncədə liftin şaxtasına düşən qız öldü
Gəncədə liftin şaxtasına düşən qız öldü
19.05.20, Hadisə
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
01.05.20, Hüquq
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət