09
sentyabr
2020
09:20
1335


Universal kart

AdRiver


“Payızda sərt karantinə qayıtmalı olacağıq... ” — Bədbin proqnoz

Azərbaycanda koronavirus pandemiyasının altıncı ayından sonra Operativ Qərargah yumşalmalara başlayıb. Martdan bağlanan rayonlara gediş-gəliş artıq bərpa olunub, kafe-restoranların içində xidmətə icazə verilib, əksər müəssisələr, sahələr işini davam etdirirlər. Bu yumşalmaların iki həftə sonra yoluxmada hansı nəticələr verəcəyini proqnozlaşdırmaq çətindir, lakin indiki statistika ürəkaçandır.
 
Təkcə sentyabrın 7-də olan göstəricilərə nəzər yetirəndə cəmi 89 nəfərin yoluxduğunu görürük və sağalanlar 132 nəfər təşkil edib. Bu tendensiyanı müsbətə doğru qoruyub saxlaya bilsək, bir ay sonra yoluxma tamamilə sıfıra düşə bilər. Halbuki payız dalğası barədə tez-tez anonslar, proqnozlar eşidirik. Əslində analoji yumşalmaya mayda da gedilmişdi və bumeranq effekti verdi, yoluxma və ölü sayı kəskin artdı. Üstəlik, o zaman bölgələrə gediş-gəlişə icazə yox idi.

Hazırda isə istisna qadağalar qalıb - Bakı, Sumqayıt və Abşeronda həftəsonu ictimai nəqliyyat işləmir, metro hələ ki açılmayıb, iri ticarət mərkəzləri qapadılıb, toy-yas qadağası qüvvədədir, qapalı yerlərə daxil olarkən maska taxmaq tələb olunur.

Ölkənin yerdə qalan ərazilərində isə karantin aradan qaldırılıb və belə demək mümkünsə, COVİD-19 Azərbaycanı tərk etməkdədir. Amma qayıdacaqmı - bunu söyləmək tezdir.

Sadəcə, xoşagəlməz xəbərlər eşidirik: dünyanın bir sıra ölkələrində, o cümlədən qonşu Gürcüstanda karantin qaydaları sərtləşdirilir, Türkiyədə toy-nişan hər yerdə qadağan edilib, İranda yoluxan və ölənlər günbəgün artır, Avropada da karantinin sərtləşdirilməsi prosesi başlanıb, Azərbaycan isə açılımlar etməkdədir.

Ən böyük narahatlıq isə regionlara gediş-gəlişi açılması barədə qərardır. Yarım ildir ki, rayonlarla Bakı arasında əlaqə kəsilmişdi. Artıq cəmiyyət, deputatlar, həkimlər də haqlı olaraq yolların açılmasını tələb edirdi.

İndi yollar açılıb, baş infeksionist Cəlal İsayev isə bölgələrə səfər edənlərin karantin qaydaları ilə hərəkət etməli olduğunu, öpüşüb-görüşməkdən yayınmağı tövsiyə edir. Paralel olaraq da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Gebreyesus deyib ki, "COVİD-19" pandemiyası sonuncu deyil, dünya yeni bir pandemiyaya əvvəlcədən hazırlaşmalıdır.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm "Yeni Müsavat”a bildirdi ki, regionlara gediş-gəlişin açılması yoluxma sayını azaldacaq. Onun fikrincə, Bakının müəyyən qədər boşalması buna təsir edə bilər. Həkim, bununla belə, epidemiyanın payız dalğasının gələcəyi ehtimalını yüksək hesab edir: "Payızda soyuqdəymə başlayacaq və COVİD-19-la respirator xəstəliklər bir-birinə qarışacaq. Ehtimal var ki, payızda sərt karantinə qayıtmalı olacağıq. Ümumiyyətlə, aprelə qədər bu vəziyyət davam edəcək".

Ə.Rüstəmin fikrincə, metronun açılmasının vaxtıdır, çünki ictimai nəqliyyatda sıxlıq var. Onun dediyinə görə, artıq iki koronavirus xəstəxanası bağlanıb, əvəzində Zığda 2277 nəfərlik modul xəstəxana açılıb: "Xəstələrin hamısını ora yığmaq olar, digər xəstəxanaların əvvəlki kimi işləməsinin vaxtı çatıb”.

Xəbəri paylaşın




Digər xəbərlər:
Toylarla bağlı AÇIQLAMA
Toylarla bağlı AÇIQLAMA
21.08.20, Sosial
Siyavuş Novruzovdan SENSASİON AÇIQLAMA
Siyavuş Novruzovdan SENSASİON AÇIQLAMA
18.08.20, Cəmiyyət
Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? — TƏBİB-dən AÇIQLAMA
Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? — TƏBİB-dən AÇIQLAMA
12.08.20, Sosial
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxma faktı yenidən artdı - NÖVBƏTİ ÖLÜM
Azərbaycanda koronavirusa yoluxma faktı yenidən artdı - NÖVBƏTİ ÖLÜM
12.05.20, Cəmiyyət
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı
11.05.20, Cəmiyyət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Sağlam olmaq istəyirsən? Daxili qorxularını dəf et!
Sağlam olmaq istəyirsən? Daxili qorxularını dəf et!
19.03.20, Cəmiyyət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət