11
sentyabr
2020
12:13
1899


Universal kart

AdRiver


Mədəniyyət Nazirliyində yeni TƏYİNAT

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Cavid Əliyev Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Hüquq və daxili nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib.  

Nazirlikdən Qanunla.Az-a vereilən məlumata görə, Cavid Əliyev 1988-ci ildə Bakı şəhərində anadan olub.

2009-cu ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2012-ci ildə Niderland Krallığının Naymegen Universitetində “Avropa hüququ” ixtisası üzrə magistr dərəcələrini alıb. Corc Vaşinqton Universitetinin “Layihələrin idarə edilməsi” proqramı üzrə magistr sertifikatını əldə edib.

Əmək fəaliyyətinə 2012-ci ildə “Azərsu” ASC-nin Hüquq Departamentində hüquq məsləhətçisi kimi başlayıb. “Nobel Oil Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialında hüquqşünas (2016-2017) vəzifəsində fəaliyyətini davam etdirib. “Azərsu” ASC-də Beynəlxalq layihələrin və daxili sənədlərin hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində (2017-2019) işləyib.

Son təyinatadək Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Müqavilələr və hüquqi layihələrin hazırlanması sektorunun müdiri vəzifəsində çalışıb.

C.Əliyev Korrupsiyaya qarşı mübarizənin idarəolunması üzrə beynəlxalq təlimin, layihələrin idarə edilməsi və digər sahələrlə bağlı beynəlxalq tədbirlərin iştirakçısı olub. 

İngilis, rus, türk dillərini bilir.

Xəbəri paylaşın




Digər xəbərlər:
Azərbaycanda yüksək vəzifələrə TƏYİNATLAR - FOTO
Azərbaycanda yüksək vəzifələrə TƏYİNATLAR - FOTO
17.08.20, Cəmiyyət
Yeni təyin olunan 35 yaşlı nazir müavini kimdir?
Yeni təyin olunan 35 yaşlı nazir müavini kimdir?
01.08.20, Cəmiyyət
Ləğv olunan iki bankda qorunan əmanətlər “Beynəlxalq Bank” vasitəsilə ödəniləcək - RƏSMİ
Ləğv olunan iki bankda qorunan əmanətlər “Beynəlxalq Bank” vasitəsilə ödəniləcək - RƏSMİ
14.06.20, İqtisadiyyat
İlham Əliyev 3 fərman imzaladı
İlham Əliyev 3 fərman imzaladı
01.06.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Prezidentdən 9 yüksək vəzifəyə təyinatlar
Prezidentdən 9 yüksək vəzifəyə təyinatlar
13.05.20, Siyasət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
24.12.19, Siyasət