12
sentyabr
2020
11:24
1272


Universal kart

AdRiver


“E-əmək birjası” platforması yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən “Elektron əmək birjası” platforması yaradılır.
Nazirlikdən verilən məlumata görə, mobil tətbiq və veb əsaslı portaldan ibarət olacaq platforma “Əmək münasibətləri və məşğulluq” altsistemi, digər dövlət qurumlarının informasiya sistemləri və işədüzəltmə vasitəçiliyi ilə məşğul olan e-platformalarla qarşılıqlı əlaqədə işləyəcək.
İşsizlər, işaxtaran şəxslər və müxtəlif növ işlərin görülməsi üçün sifarişlər vermək istəyən şəxslər bu platformada qeydiyyatdan keçəcəklər. Onlar burada özlərinə dair zəruri məlumatları, göstərdikləri xidmətləri və ya hansı işlərin görülməsi üçün işçiyə tələbatlarının olduğunu qeyd edəcəklər.
İşsiz və işaxtaran şəxslər platformada “Vakansiya bankı” ilə də tanış ola və bu vakansiyalar üzrə müraciət edə biləcəklər.
Əmək birjası platformasının yaradılmasında əsas məqsəd məşğulluq imkanlarının artırılması, mövsümi və müvəqqəti işlərin görülməsi üçün işçi axtaran şəxslərlə işsiz və işaxtaranlar arasında əlaqə yaratmaq, həmçinin qeyri-formal məşğulluğun qarşısını almaqdır.

Xəbəri paylaşın




Digər xəbərlər:
Proaktiv xidmətlərin istifadəyə verilməsi vətəndaş məmnunluğuna təminat yaradır
Proaktiv xidmətlərin istifadəyə verilməsi vətəndaş məmnunluğuna təminat yaradır
07.09.20, Cəmiyyət
Azərbaycanda 500 milyon manata yaxın biznes krediti üçün müraciət olunub - Nazirlik
Azərbaycanda 500 milyon manata yaxın biznes krediti üçün müraciət olunub - Nazirlik
24.07.20, İqtisadiyyat
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
14.07.20, Siyasət
"Sahibkarın kredit faizi 7,5 və daha az olacaq"
"Sahibkarın kredit faizi 7,5 və daha az olacaq"
14.06.20, İqtisadiyyat
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
İlham Əliyev 3 fərman imzaladı
İlham Əliyev 3 fərman imzaladı
24.04.20, Siyasət
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dörd sosial təminat növünün təyinatını elektronlaşdırıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dörd sosial təminat növünün təyinatını elektronlaşdırıb
18.12.19, Cəmiyyət