14
sentyabr
2020
13:58
1936


Universal kart

AdRiver


Əfv komissiyasının tərkibində yer alan deputatın oğlu reketçilik edir

Bir şikayətin izi ilə…
Əvvəllcədən məlum olduğu kimi, saytımızda Milli Məclisinin deputatı Əmiraslanov Əhliman Əmiraslanovun oğlu Əmiraslanov Azər Əhliman oğlunun başçılıq etdiyi cinayətkar, quldur dəstənin cinayət əməllərinin qurbanı – Abdiyev İslam Babaşxan oğlunun şikayəti və həmin şikayəti əsasında başına gətirilən oyunlar barədə yazı verilmişdi. Həmin yazıya əsasən, deputatın oğlunun başçılıq etdiyi dəstə 1 gün ərzində onun azadlığını əlindən almış, qeyri-qanuni yollarla girovda saxlamış, ailə üzvlərini isə oğurlayaraq, onları öldürəcəkləri, özünü zirzəmidə çürüdəcəkləri, öldürəcəkləri hədəsi ilə hədələyərək, ondan 120.000 ABŞ dolları (!) nəğd pullar almış, 90.000 (!) ABŞ dolları dəyərində də tikinti materiallarımı mənimsəyərək, Avbdiyev İslama maddi ilə yanaşı, mənəvi zərər vurmuşlar.
Qeyd edək ki, zərərçəkən ciddi sarsıntı keçirməklə avtomobil qəzasına düşüb, keçirdiyi qorxu-stress nəticəsində daxili qanaxma ilə uzun müddət xəstəxanada müalicə alıb, ürəyindən əməliyyat olunub.
17 ölkədə şirkətləri olan, Rusiyada, Çeçenstanda, Azərbaycanda, digər ölkələrdə “razborkaları”ları apan, heç kimdən qorxmayan, “polisin” də, “prokurorun” da, “məhkəmənin” də özü olduğunu bildirən Azər Əmirsalnanov!
Lakin buna baxmayaraq, biz bir sıra xatırlatmaları dəqiqlikləri ilə yenidən oxucularımızın nəzərinə çaçtdırmaq istərdik. Belə ki, 2016-cı ilin iyul ayının axırlarında Abdiyev İslama 050-211-02-20 nömrəsindən zəng edən şəxs, özünü millət vəkili Əhliman Əmirasalanovun köməkçisi kimi təqdim etmiş, onların da Qazaxstan Respublikasında kommersiya işləri olduğundan, onun da Qazaxstanda ticarət işləri ilə bağlı təkliflərinin olduğunu demişdi.
Bir neçə gün edilən zənglərdən sonra, 05.09.2016-cı il tarixində Vüqar adlı şəxs Avdiyev İslamı Səməd Vurğun küçəsində qarşılayaraq, həmin küçədə yerləşən “A.Klub” adlı bir kafeyə dəvət edib. Məhz hadisələr də həmin andan inkişaf etməyə başlayıb. Adıçəkilən kafedə Azər Əmiraslanov başına yığdığı 25 nəfərə qədər qoçularla birlikdə, onu 2-ci mərtəbəyə çlıxarıb, ona hədə-qorxu gəliblər.
Beləliklə, Azər Əmiraslanov ona bəyan edib ki, o, deputat Əhliman Əmiaraslanovun oğludur, dünyanın 17 ölkəsində şirkətləri vardır, Rusiyada, Çeçenstanda, Azərbaycanda, digər ölkələrdə “razborkaları”ları (???!!!) o aparır, onun heç kimdən qorxusu yoxdur, “polis” də, “prokuror” da, “məhkəmə” də məhz odur.
Şikayətçinin qeyd etdiyi daha bir məqamı xatırladaq: “Onun Qazaxstan Respublikasında pulları var, o pullar da hazırda məndədir, mən o pulları, 200.000 ABŞ dollarını Azərə qaytarmalıyam. Mən bu pulları ona verməsəm, evimi yandıracaqlar. Ailə üzvlərimi oğurlayıb məhv edəcəklər, məni zindanda çürüdəcəklər, məni öldürəcəklər. Bu xırda məsələ nədir ki, həll edə bilməsin. Xoşluqla vermirəmsə, məni məhv edəcək. Mən bildirmişəm ki, mən onu tanımıram, onunla danışmaq belə istəmirəm, mənim Qazaxstan Respublikasında olan işlərimin Azərə heç bir aidiyyəti yoxdur.
Azər bəyan edib ki, mənim işimi Ramiz adlı şəxsə tapşırır, özünün ayağı ağrıdığı üçün çəliklə çıxıb gedib. Ramizə də tapşırmışdır ki, gedib evimin sənədlərini gətirsinlər, Notariusu da gətirib, evi mənim adımdan onun adına rəsmiləşdirsinlər.Əks halda, mənim evimi yandırsınlar. Azərin gedişindən sonra, Ramiz adlı tanımadığım şəxs mənə demişdir ki, sevinim ki, Azər mənim işimi Ramizə tapşırıb, başqa adama tapşırsaydı, indi artıq evimi yandırmışdılar. Ramiz mənə vaxt qoymuşdur ki, bu vaxta qədər pulları Azərə qaytarmasam, məni ailəmlə birlikdə məhv edəcəklər. Beləliklə, Azərin göstərişi ilə məni səhər saat 10:00 dan axşam saat 18:30-a qədər girov saxlamışlar, telefonumu əlimdən almışlar, ətrafla hər bir əlaqəmi kəsmişlər, Ramiz məni yerimdən belə tərpənməyə imkan verməmişdir, hər dəfə qalxmaq istəyəndə, çiynimdən basaraq oturtmuşdur.Onlar tələb etmişlər ki, evimi onların adına rəsmiləşdirim, kredit düzəltsinlər, evimi girov qoyum, özüm kredit götürüm və. s. Ramizin bir neçə nəfəri məni evimə göndərmək istədiyini başa düşmüşəm və bərk həyəcan keçirmişəm.Ailə üzvlərim üçün bərk qorxmuşam, təzyiqim, şəkərim qalxmışdır.
Ailə üzvlərimin həyatları üçün qorxmuşam. Odur ki, Ramizin və onun yanındakı qoçuların tələblərini yerinə yetirmişəm. Ramiz məni, ailə üzvlərimi öldürəcəkləri ilə hədələyərək Qazaxstana zəng etdirmişlər, həmin vaxt da Əbülfət Mustafayev adlı şəxsi Qazaxstan Respublikasına göndərmişlər ki, gedib anbarımda olan, mənə məxsus əmlakımı-tikinti materiallarımı oradan götürsün”.
Onlara heç kim, heç nə edə bilməzmiş, çünki arxalarında deputat dayanıbmış…
Beləliklə, bir daha bəlli olub ki, bu dəstə, zərərçəkəni “A.Klubda” gecəyə qədər saxlayandan sonra azad edərək buraxıblar və şikayət edəcəyi halda, ailə üzvlərini və ony məhv edəcəklərini bildiriblər, deyiblər ki, adamları çoxdur, kimsə gedib həbsxanada yatar, ancaq onu məhv edərlər. Bir də ki, zərərçəkən onlara heç nə edə bilməz, çünki arxalarında deputat dayanıb və s.
Şikayətçi ailə üzvlərinin sağlamlıqlarına xələ gələcəyindən qorxduğu üçün heç bir hüquq-mühafizə orqanına şikayət etməyib.
Nəticədə isə: 07.09.2016-cı il tarixində saat 10:00-11:00 radələrində həmin kafedə Ramiz, Azər, Seyid, Ağa adlı şəxslər ondan 30.000 ABŞ dolları, 14.09.2016-cı il tarixində saat 10:00-11:00 radələrində yenə həmin kafedə 20.000 ABŞ dolları, 16.09.2016-cı il tarixində adıçəkilən məkanda 20.000 ABŞ dolları, 04.10.2016-cı il tarixində isə 30.000 ABŞ dollarını alıblar.
Artıq Cənab Prezident İlham Əliyevə açıq müraciət olunub
Şikayətçi qeyd edib ki, bir müddət sonra, münasib, yaxın adamalarla məsləhətləşəndən sonra, bütün bu cinayət əməlləri barədə hüquq-mühafizə orqanlarına şikayət etmək qərarına gəlib. Hətta 2017-ci ilin aprel ayının əvvəllərində, Bakı şəhərinin sabiq prokuroru Ə.Seyidova şikayət ərizəsi də yazıb.
Xatırladaq ki, Abdiyev İslam Babaşxan oğlunun şikayəti bir sıra saytlarda da yer alıb. O cümlədən, şikayətçi ölkə başçısı Cənab İlham Əliyevə də açıq məktub yazaraq, hadisələrin təfsilatını diqqətə çatdırıb, cinayətkar və reketçi dəstədən xilasını xahiş edib.
Qeyd edək ki, sayt olaraq, qarşı tərəfin də mövqeyini öyrənərək, işıqlandırmağa hazırıq. Təəssüf ki, etdiyimiz zənglər cavabsız qalıb.
Sonda isə bildirək ki, şikayətçi bugünlərdə hətta əfv komissiyasının tərkibində yer alan deputat Əhliman Əmiraslanova da müraciət məktubu ünvanlayıb. Onun bu müraciəti də cavabsız qalıb.
Hörmətli oxuucularımızın da nəzərinə çatdırırıq ki, sözügedən hadisə diqqətimizdə saxlanılacaq və təfərrüatları barədə məlumatlar işıqlandırılacaq.

Analoq.Az

Xəbəri paylaşın




Digər xəbərlər:
Ermənistanın 2 zabiti beynəlxalq axtarışa verildi - Baş Prokurorluq
Ermənistanın 2 zabiti beynəlxalq axtarışa verildi - Baş Prokurorluq
10.09.20, Kriminal
Qoçuluq və reketçiliklə dövlətə meydan oxuyan deputat oğlu kimdir? – ŞOK ADLAR
Qoçuluq və reketçiliklə dövlətə meydan oxuyan deputat oğlu kimdir? – ŞOK ADLAR
02.09.20, Hadisə
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
20.08.20, Gündəm
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
20.08.20, Kriminal
Prezident onları təltif etdi - SİYAHI
Prezident onları təltif etdi - SİYAHI
23.06.20, Siyasət
İranlılar sərhədimizi pozdu: Bir nəfər tutuldu, digərləri qaçdı — ÖZƏL
İranlılar sərhədimizi pozdu: Bir nəfər tutuldu, digərləri qaçdı — ÖZƏL
17.06.20, Hadisə
Prezidentdən MÜHÜM FƏRMAN
Prezidentdən MÜHÜM FƏRMAN
04.06.20, Siyasət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət