02
oktyabr
2020
12:55
1639


Universal kart

AdRiver


“Ordumuzun və cənab Ali Baş komandanımızın yanındayıq” – BDU-nun dossenti

Bakı Dövlət Universitetinin dossenti, hüquq üzrə fəlsəfə doktoru Əsmər Əliyeva ordumuzun Qarabağda həyata keçirdiyi uğurlu əks hücum hərbi əməliyyatları ilə bağlı Azərbaycan xalqına təbrikedən açıqlama yayıb. Açıqlamada deyilir:
“Bugün şanlı ordumuz Ali Baş komandanımız möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə erməni təxribatçılarının hücumunun qarşısı alındı və əks-hücum hərbi əməliyyatlarına başlanıldı. Mülki əhalidən və hərbçilərimizdən xəsarət alanlara Allahdan şəfa, şəhid olanlara rəhmət diləyib doğmalarına baş sağlığı verirəm.
İlk olaraq, rəsmi məlumatlara əsasən müzəffər ordumuzun əks-hücumu nəticəsində Azərbaycanın bir neçə kəndi işğaldan azad olundu. Bu ilk qələbə xəbəri bütün Azərbaycan xalqının sevincinə səbəb olub. Ölkə başdan-başa toy-bayram edir, vətəndaşlarımız ordumuza, dövlətimizə dəstəyini nümayiş etdirir.
Artıq əminik ki, cənab Ali Baş Komandanımız İlham Əliyevin və şanlı ordumuzun səyi nəticəsində Azərbaycanın tarixi, əbədi və əzəli Qarabağ torpaqları erməni vəhşilərinin işğalından azad olunacaq. Azərbaycanın üçrəngli müqəddəs bayrağı Xankəndində, Şuşada, Kəlbəcərdə, Laçında və digər ərazilərimizdə dalğalanacaq. Biz bu tarixi hadisənin yaxın günlərdə şahidi olacağıq.
Mən möhtəşəm qələbə münasibəti ilə Azərbaycan xalqını, şanlı Azərbaycan ordusunu, Ali Baş Komandanımız İlham Əliyevi, birinci vitse Prezidentimiz Mehriban Əliyevanı ürəkdən təbrik edirəm. Şəhidlərimizin qisası alındı, Ulu Öndərimiz, Azərbaycan dövlətinin memarı Heydər Əliyevin ideya və arzuları həyata keçdi. Ulu Öndər Heydər Əliyevin “Mən İlhama özüm qədər inanıram” kəlamı bugün bir daha öz təsdiqini tapdı.
Biz ziyalılar, elm adamları bütövlükdə Azərbaycan xalqının haqq işində hər zaman olduğu kimi ordumuzun və cənab Ali Baş komandanımız İlham Əliyevin yanındayıq.
Yaşasın Azərbaycan! İlhamla daha inamlı zəfərlərə doğru!”

Xəbəri paylaşın




Digər xəbərlər:
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
BDU-da müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqinə dair virtual konfrans keçirilib
BDU-da müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqinə dair virtual konfrans keçirilib
03.06.20, Hüquq
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
23.04.20, Siyasət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
Əsmər Əliyeva təbliğat kampaniyasına belə başladı - Fotolar
Əsmər Əliyeva təbliğat kampaniyasına belə başladı - Fotolar
17.01.20, Cəmiyyət
Ədliyyə akademiyasının müəllimi və tanınmış hüquqşunas alim Əsmər Əliyevanın namizədliyi qeydə alındı
Ədliyyə akademiyasının müəllimi və tanınmış hüquqşunas alim Əsmər Əliyevanın namizədliyi qeydə alındı
12.01.20, Cəmiyyət
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
24.12.19, Siyasət