02
oktyabr
2020
16:42
1363


Universal kart

AdRiver


Düşmən əsgəri əyilə-əyilə gəzmir, artıq uzanıb” - Elman Nəsirov

Son hadisələr fonunda ilk növbədə terminologiyada dəyişiklik edilməlidir. 1988-ci ildən Ermənistan Azərbaycana təcavüzə başlayıb. Bu münaqişənin 1988-ci ildən 2020-ci ilin sentyabrın 27-ə qədər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi adlandırılması reallığı əks etdirirdi. 27 sentyabrda erməni silahlı birləşmələri bütün cəbhə boyu atəşkəsi pozub hərbi təxribata əl atdı. Onların təxribatlarına cavab olaraq Azərbaycan əks-hücum əməliyyatlarına başladı. Bu əməliyyatlardan sonra münaqişənin mahiyyəti dəyişdi. Artıq bu, sözün həqiqi mənasında müharibədir. Ona görə də artıq Ermənistan-Azərbaycan müharibəsi adlandırılmalıdır. Eyni zamanda vətən müharibəsi kimi qiymətləndirilməlidir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Millət vəkili bildirib ki, bu müharibənin gedişatında Azərbaycan Silahlı Qüvvələri öz qələbələrini davam etdirir:
"Hazırda bütün beynəlxalq təşkilatlar və bir sıra dövlətlər sanki əzbərçilik formasında səsləndirirlər ki, bu münaqişənin hərbi həll yolu mövcud deyil. Paşinyanın da dilindən bu ifadə düşmür. Amma bu münaqişənin hərb yolu var və dünya tarixi də sübüt edir ki, belə münaqişələrin 99 faizi hərbi yolla öz həllini tapıb. Bu gün hərb yolu yoxdur deyənlər, 30 ildə niyə bu münaqişəni həll etməyiblər? Qorxaqlar, hərbi gücü olmayanlar bu ideyanı müdafiə edirlər. Paşinyan da ona görə bu yoldan qaçır ki, hərbi gücə malik deyil. O artıq Azərbaycan ordusunun gücünü görüb.
Eyni zamanda "bütün müharibələr sülh ilə yekunlaşır" ifadəsində də düzəlişə ehtiyac var. Bütün müharibələr qalib və məğlub tərəflərlə yekunlaşır - olmalıdır. Qalib, məğlubu sülhə məcbur edir. Ona görə də, ordumuz düşmən üzərində qalibiyyətə nail olub. Bundan sonra düşmənlə sülh müqaviləsi imzalanmayacaq, o sülhə məcbur ediləcək”.
Elman Nəsirov vurğulayıb ki, indiki müharibə vəziyyətində strateji tərəfdaş ifadəsi özünü doğrultmur:
"Müttəfiq, düşmən və neytral mövqe sərgiləyən dövlətlər mövcuddur. Strateji tərəfdaş kimə deyirik? Müharibə gedir. Burada bir dövlətin taleyi həll olunur. Ya dövlətimizin yanında yer al, ya neytral dayan, ya da düşmən tərədə dur. Bu gün faktiki olaraq bəzi dövlətlər və onların siyasi liderləri özünü Azərbaycanın düşməni kimi aparır. Onların sırasında Fransa Prezidenti Emmanuel Makron başda dayanır. ATƏT-in Minsk Qrupunda təmsil olunan Fransanın rəhbəri Makron açıqlamasında belə deyir: Biz imkan vermərik ki, Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağı geri alsın. Bu məntiqdə olan bir dövlətlə və onun rəhbəri ilə hansı dialoqdan danışmaq olar. Fransa ATƏT-in Minsk Qrupunun həmsədr dövlətidir. O qərəzsiz, tərəfsiz olmalı, obyektiv mövqe nümayiş etdirməlidir. Amma tələm-tələsik Rusiya Prezidenti Vladimir Putinə zəng vurur, ABŞ Prezindenti Donald Trampla danışır. E.Makron başda olmaqla, Fransa dövləti birmənalı şəkildə işğalçı Ermənistanın yanındadır və onu müdafiə edir”.
Deputat qeyd edib ki, Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi indi həqiqət anıdır:
“Həmin bu həqiqət anında biz görük ki, dostumuz düşmənimiz kimdir. İşğalçı Ermənistanın baş naziri Azərbaycanın qədim şəhəri olan Şuşa şəhərində yallı gedirdi, şərab içirdi. Bu gün güclü ordumuz onun bu hərəkətlərini burnundan gətirir".
Nəsirov vaxtilə sosial şəbəkələrdə onu fikirlərinə görə tənqid edənlərə də cavab verib:
“Vaxtilə sosial şəbəkələrdə məni tənqid edənlərə üzümü tuturam. Mən söyləyəndə ki, erməni əsgəri Azərbaycan əsgərindən qorxur, ona görə səngərdə əyilə-əyilə gəzir. Bəli, bu sözlər mənim sözlərim idi. Onu tez-tez xatırlayırdınız! İndi nə deyirlər? Əmin oldunuz ki, ermənilər Azərbaycan əsgərindən qorxur, əyilə-əyilə gəzir. İnandınız ki, ordunun şərəfi olan hərbi bayraqlarını belə atıb qaçır. İndi düşmən əsgəri daha əyilə-əyilə gəzmir. Erməni əsgəri artıq səngərdə uzanıb, başını belə qaldıra bilmir. Əvvəllər qorxusundan əyilirdisə, indi uzanmış vəziyyətdədir. İndi reallıq budur. Sosial şəbəkələrin dırnaqarası qəhrəmanları görüm indi nə deyəcəklər”.

Xəbəri paylaşın




Digər xəbərlər:
PKK-çıların Ermənistana göndərilməsi təsdiqləndi
PKK-çıların Ermənistana göndərilməsi təsdiqləndi
29.09.20, Dünya
Onlar ağılsız diktatoru dayandıra bilmirsə... -
Onlar ağılsız diktatoru dayandıra bilmirsə... -
29.09.20, Siyasət
Lavrovdan Qarabağ açıqlaması: Mövqeyimiz budur!
Lavrovdan Qarabağ açıqlaması: Mövqeyimiz budur!
23.09.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
12.09.20, Cəmiyyət
Cəbhədə gərginlik pik həddə — Genişmiqyaslı əməliyyatlar qaçılmaz olur
Cəbhədə gərginlik pik həddə — Genişmiqyaslı əməliyyatlar qaçılmaz olur
08.09.20, Siyasət
Hərbi əməliyyatlar Ermənistan ərazisində gedir - Detallar
Hərbi əməliyyatlar Ermənistan ərazisində gedir - Detallar
27.07.20, Cəmiyyət
Anar Məmmədov: Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil
Anar Məmmədov: Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil
16.07.20, Cəmiyyət
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
23.04.20, Siyasət
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
15.01.20, Siyasət