10
oktyabr
2020
13:00
1252


Universal kart

AdRiver


Ermənistanın atəşləri nəticəsində mülki obyektlərdə yanğınlar olub

Ermənistan silahlı qüvvələri bu gün saat 12.00-a qədər Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Qanunla.Az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər Tərtər rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzillərin birində və binanın dam örtüyündə yanğına səbəb olub. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğının qarşısı alınaraq mənzilin bir hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Bundan başqa, düşmənin atdığı mərmilər Tərtər rayonunda iki ünvanda və Ağdam rayonunda bir ünvanda vətəndaşlara məxsus təsərrüfat obyektlərində yanğın törədib. Yanğınsöndürmə qüvvələri tərəfindən obyektlərin bir hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

Xəbəri paylaşın




Digər xəbərlər:
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
07.10.20, Siyasət
Azərbaycanın daha 7 mülki vətəndaşı yaralandı
Azərbaycanın daha 7 mülki vətəndaşı yaralandı
30.09.20, Hadisə
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
12.09.20, Cəmiyyət
Ermənistanın 2 zabiti beynəlxalq axtarışa verildi - Baş Prokurorluq
Ermənistanın 2 zabiti beynəlxalq axtarışa verildi - Baş Prokurorluq
10.09.20, Kriminal
Bu məşhur qəzet Hacıyevin məqaləsini yaydı
Bu məşhur qəzet Hacıyevin məqaləsini yaydı
21.07.20, Siyasət
Prezidentin köməkçisi: Ermənistan ərazi əldə etməyib
Prezidentin köməkçisi: Ermənistan ərazi əldə etməyib
12.07.20, Siyasət
FHN: “EuroHome” tikinti materialları bazarındakı yanğınla əlaqədar əraziyə 406 nəfər canlı qüvvə və 54 texnikası cəlb olunub
FHN: “EuroHome” tikinti materialları bazarındakı yanğınla əlaqədar əraziyə 406 nəfər canlı qüvvə və 54 texnikası cəlb olunub
12.05.20, Hadisə
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət