12
oktyabr
2020
11:36
1339


Universal kart

AdRiver


“Hamımız türk malı alaq” – Millət vəkilindən təklif

“Son illər bir sıra aparıcı dövlətlərin qardaş ölkəyə olan siyasi basqıları Türkiyə iqtisadiyyatına da təsirsiz ötüşməyib”.
Qanunla.Az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
Millət vəkili qardaş ölkənin Dağlıq Qarabağ məsələsində Azərbaycana ciddi siyasi dəstəyinin olduğunu bildirib:
“Azərbaycanın 13 milyard 667 milyon dollarlıq illik idxalında 4 ölkə 1 milyard dollardan artıq paya malikdir. Ötən il Rusiyadan 2 milyard 290 milyon dollar, Türkiyədən 1 milyard 646 milyon dollar, Çindən 1 milyard 432 milyon dollar və İsveçrədən 1 milyard 223 milyon dollarlıq mal almışıq.

Qalan 7 milyard dollarlıq idxalımız isə digər ölkələrin payına düşür. İdxal həmin ölkəyə valyuta dəstəyi deməkdir. Yəni, biz hansı ölkədən idxal ediriksə həmin ölkəyə valyuta göndəririk.
Qarabağımız uğrunda apardığımız savaşda Türkiyənin Azərbaycana ciddi siyasi dəstəyi var. Son illər bir sıra aparıcı dövlətlərin qardaş ölkəyə olan siyasi basqıları Türkiyə iqtisadiyyatına da təsirsiz ötüşməyib. Biz bazarlıq edən zaman yerli məhsullarla yanaşı Türkiyə malları almaqla qardaş ölkə iqtisadiyyatına töhvə vermiş olarıq. Hamımız türk malı alsaq, xeyir qardaşımıza qalar”.

Xəbəri paylaşın




Digər xəbərlər:
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
07.10.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
20.08.20, Gündəm
Siyavuş Novruzovdan SENSASİON AÇIQLAMA
Siyavuş Novruzovdan SENSASİON AÇIQLAMA
18.08.20, Cəmiyyət
Anlaşma var: Türkiyə Qafqaza girdi – Sensasion açıqlama
Anlaşma var: Türkiyə Qafqaza girdi – Sensasion açıqlama
15.08.20, Siyasət
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
30.06.20, Siyasət
Hafiz Hacıyevdən Afaq Bəşirqızına: “O vaxt Vəzirov da belə edirdi” – Müsahibə
Hafiz Hacıyevdən Afaq Bəşirqızına: “O vaxt Vəzirov da belə edirdi” – Müsahibə
16.04.20, Siyasət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
Koronavirus telefon bazarını “vurdu” — Qiymətlər dəyişdi – VİDEO – FOTO
Koronavirus telefon bazarını “vurdu” — Qiymətlər dəyişdi – VİDEO – FOTO
06.03.20, Cəmiyyət
TÜRK PA-nın iclası: Bakı Bəyannaməsi qəbul olundu
TÜRK PA-nın iclası: Bakı Bəyannaməsi qəbul olundu
18.12.19, Cəmiyyət