12
oktyabr
2020
14:20
11 178


Universal kart

AdRiver


Baş Prokurorluq rusiyalı jurnalistə cinayət işi açdı

Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, eləcə də ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
Bu barədə Qanunla.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Həyata keçirilən kompleks tədbirlərin davamı kimi, Azərbaycan Respublikasının Baş prokurorluğunda aparılmış araşdırmalarla bəzi internet resurslarında ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edilməsi ilə bağlı yayılmış videogörüntülər təhlil edilib.
Araşdırmalarla 1985-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Semyon Vladimiroviç Peqovun Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik tərkibində birləşərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun və Miqrasiya Məcəlləsinin tələblərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Semyon Peqovun Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində Ermənistan Respublikası tərəfindən hərbi təcavuz və milli ayrı-seçkiliyin nəticəsi kimi yaradılmış “Artsax” adlandırılan qanunsuz qondarma rejimin dəstəklənməsi məqsədilə, guya həmin qurumun müdafiəsi üçün çoxsaylı könüllü erməni gənclərin səfərbər olduqlarını bildirən çəkilişlər etməsinə, işğal olunmuş ərazilərimizdə qanunsuz yaradılmış terrorçu silahlı qruplaşmanın üzvlərindən müsahibələr alıb bu barədə müəllifi olduğu internet resurslarında çoxsaylı videogörüntülər paylaşmaqla Rusiya Federasiyasının vətəndaşlarına səslənərək Ermənistan Respublikasına kömək məqsədilə döyüş əməliyyatlarının aparıldığı bölgəyə gəlmələrinə, habelə ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edərək bu cür məzmunlu materialları qeyd olunan internet səhifəsində yaymasına şübhələr üçün əsaslar müəyyən edilib.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Baş Prokurorluq tərəfindən qeyd edilən şəxsin vətəndaşı olduğu ölkənin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğu göndərilib.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbəri paylaşın




Digər xəbərlər:
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
07.10.20, Siyasət
Lavrovdan Qarabağ açıqlaması: Mövqeyimiz budur!
Lavrovdan Qarabağ açıqlaması: Mövqeyimiz budur!
23.09.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Ermənistanın 2 zabiti beynəlxalq axtarışa verildi - Baş Prokurorluq
Ermənistanın 2 zabiti beynəlxalq axtarışa verildi - Baş Prokurorluq
10.09.20, Kriminal
Orduxan Bəbirov beynəlxalq axtarışa verildi
Orduxan Bəbirov beynəlxalq axtarışa verildi
08.09.20, Cəmiyyət
“Erməni vandallıqlarına beynəlxalq hüquqi qiymət verilməlidir” – Naqif Həmzəyev
“Erməni vandallıqlarına beynəlxalq hüquqi qiymət verilməlidir” – Naqif Həmzəyev
24.07.20, Siyasət
Anar Məmmədov: Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil
Anar Məmmədov: Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil
16.07.20, Cəmiyyət
Terrorçuluğu maliyyələşdirən şəxslər həbs edildi
Terrorçuluğu maliyyələşdirən şəxslər həbs edildi
19.05.20, Kriminal
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
23.04.20, Siyasət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm