05
oktyabr
2020
15:42
113


Universal kart

AdRiver


Prezidentin köməkçisi: “500 mindən artıq sakini olan şəhərə ballistik raket atılması vandalizmdir”

İlk gündən ANAMA-nın operativ axtarış qrupları bu ərazilərdə əməliyyatlar aparmağa başlayıb. Bu günə qədər zəruri olan bütün təhlükəsizlik tədbirləri görülüb.
Qanunla.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bu sözləri Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.
O bildirib ki, həmin gecə eyni vaxtda bizim operativ əməliyyat qrupları həm Gəncəyə, həm də Mingəçevirə göndərilib:
“Birinci raket Gəncəyə düşüb. İki gün ərzində ANAMA-nın əməliyyat qrupları, polis əməkdaşları və FHN əməkdaşları tərəfindən axtarılan raket qalıqları ilə Mingəçevirə düşən raket qalıqları eynidir. Raketin ən son qalıqları bu gün Mingəçevirdə tapıldı. Biz onu sizə təqdim edəcəyik. Qalıqların üzərində 8K-14 yazısı qeyd olunub. Bu bizə dəqiq onu deməyə imkan verir ki, bu ballistik raket “Elbrus” (NATO təsnifatına görə SCUD) sistemindən atılıb”.
Q.Əhmədov “Elbrus” tipli raket sistemi barədə də məlumat verib:
“Elbrus” tipli raketin uzunluğu 11,2 metr olur. Tərkibində 700 kq partladıcı tenti olur. Uçuş məsafəsi 300 kilometr, diametri 88 sm olan raket çox ağır fəsadlara gətirib çıxara bilir”.
H.Hacıyev isə bildirib ki, “Elbrus” sistemi NATO adı SCUD adlanır:
“Orta mənzilli ballistik raket öz nüvə başlıqlarını da üzərində daşıya bilir. Son dövrlər dünyada baş verən hərbi əməliyyatlara nəzər salsaq, görərik ki, çox unikal haldır ki, 500 mindən artıq sakini olan şəhərin, əhalinin kompak yaşadığı hissəsinə ballistik, böyük bir dağıdıcı gücə malik olan raket atılıb. Bu onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin qarşısında hər hansı mənəvi dəyərlər yoxdur. Biz bunu bir daha vandalizm və barbarizm kimi qiymətləndiririk”.

Xəbəri paylaşın




Digər xəbərlər:
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
07.10.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
ANAMA Tovuz və Qazax rayonlarında əməliyyat keçirib – FOTO
ANAMA Tovuz və Qazax rayonlarında əməliyyat keçirib – FOTO
18.07.20, Cəmiyyət
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
30.06.20, Siyasət
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət