



"Biz ölürük, əsər qalır yadigar” Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov görkəmli bəstəkar,əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin əzizlərinə baş sağlığı verib.
Anar Bağırov bu barədə Facebook səhifəsində paylaşıb.
Qanunla.Az mətni sizlərə təqdim edir:
“Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.
Bu gün görkəmli bəstəkarımız, Əməkdar incəsənət xadimi, Nailə Mirməmmədli vaxtsız vəfat edib.
Nailə xanımın digər ölməz əsərləri ilə yanaşı musiqisinin müəllifi olduğu “Vəkil Marşı” da əbədi olaraq yaşayacaqdır.
Azərbaycan vəkilliyi adından Nailə xanımın doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!
Qeyd edək ki, görkəmli bəstəkar,əməkdar incəsənət xadimi, Nailə Mirməmmədli bu gün ürək tutmasından dünyasını dəyişib.
Xəbəri paylaşın









