07
yanvar
2021
12:08
1410


Universal kart

AdRiver


Polad Həşimovun şəhadətindən sonra orduya yazılan şəhidimiz - FOTO

30 illik həsrət bitdi. Azərbaycan Vətən Müharibəsində mənfur düşmən üzərində qələbə qazanaraq, öz doğma dədə-baba torpaqlarına qovuşdu və bununla da Qarabağ həsrətinə son qoyuldu.
Vətən Müharibəsində oğullarımız canlarından keçiblər. Şəhid olmuş qəhrəmanlarımızdan biri də Hacıyev Ülvi Şirin oğludur.
O, döyüşlərə gedənə kimi Dövlət Gömrük Komitəsinin əməkdaşı olub. 
Ü.Hacıyev 13 noyabr 1994-cü ildə Bakıda dünyaya gəlib. 
2012-ci ildə rus dili üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub. 2016-cı ildə həmin universitetin Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə) ixtisaslaşması üzrə magistraturasına daxil olub. 
Qəhrəmanımız 2019-cu ildə hərbi xidməti başa vurduqdan sonra Dövlət Gömrük Komitəsinin “Qırmızı Körpü” gömrük postunda çalışmağa başlayıb.  
O, Tovuz döyüşlərində general-mayor Polad Həşimovun şəhid olmasından sonra iş yoldaşları ilə birlikdə döyüşlərə könüllü yazılıb.
Onun xidmətinin bir ili tamam olduğu üçün Bakıya təyinat alıb. İki gün əvvəl paytaxta qayıdan Ü.Hacıyevə döyüşə getmək üçün məktub gəlib. Evdəkilərdən bu xəbəri gizlədərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sabunçu Rayon İdarəsinə yaxınlaşıb. Yalnız döyüşlərə yola düşən zaman bu barədə qardaşına bildirib. Elə şəhidi də ən son görən qardaşı olub. 
Şəhidin qardaşı Nicat Hacıyev deyir ki, qardaşı onunla sağollaşan zaman şəhid olarsa, adına bulaq və küçə olmasını istəyib:
“Mən də dedim ki, belə danışma, sağ-salamat qayıdacaqsan. Daha sonra təlim keçdikləri 10 nəfərlə birlikdə döyüşlərə yollanıblar. Ən son bizimlə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə olarkən danışdı”.
Şəhid döyüş keçdiyi həmkarları ilə birlikdə sözləşiblər ki, orada nə olsa, bir-birlərini qoruyacaqlar. 
Döyüş yoldaşları deyir ki, Hadrut qəsəbəsi işğaldan azad olunandan sonra Cəbrayıl, Şuşa istiqamətinə gediblər. 36 saat susuz qaldıqları üçün yaxınlıqda ferma görüblər, su içmək istəyiblər və uçurumdan tullanıblar.
O zaman Ülvinin yanında yaralı dostu olduğu üçün tullanmayıb, bildirib ki, Teymur dincəlsin, gələcəklər. Digər dostları fermadan su içməyə gedən zaman döyüş olub və Ülvigil olan yerə pulemyot atıblar. Orada dostu ilə birlikdə şəhid olub.
Qəhrəmanımız “Vətən uğrunda” medalı ilə təltif edilib.




Xəbəri paylaşın




Digər xəbərlər:
Prezidentə yazırlar: Qızıldan büstünüzü görmək istəyirik
Prezidentə yazırlar: Qızıldan büstünüzü görmək istəyirik
09.12.20, Siyasət
Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyasının 5 dekabr Anım Günü münasibətilə BƏYANATI
Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyasının 5 dekabr Anım Günü münasibətilə BƏYANATI
06.12.20, Siyasət
Azərbaycan və İspaniya arasında memorandum imzalandı
Azərbaycan və İspaniya arasında memorandum imzalandı
27.11.20, İqtisadiyyat
Doğma torpağında şəhid olan zabitin SONUNCU ZƏNGİ - Ürəyinə daman başına gəldi - FOTOLAR
Doğma torpağında şəhid olan zabitin SONUNCU ZƏNGİ - Ürəyinə daman başına gəldi - FOTOLAR
23.11.20, Cəmiyyət
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
Vətən uğurunda canını fəda edənlər ən ali hörmətə layiqdirlər
Vətən uğurunda canını fəda edənlər ən ali hörmətə layiqdirlər
16.09.20, Cəmiyyət
İlham Əliyev 3 fərman imzaladı
İlham Əliyev 3 fərman imzaladı
01.06.20, Siyasət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
24.12.19, Siyasət