07
yanvar
2021
13:16
1462


Universal kart

AdRiver


Deputat seçicilərin problemlərini həll etdi - Fotolar

96 saylı Goranboy-Naftalan seçki dairəsindən millət vəkili seçilən Anar Məmmədov növbəti dəfə seçicilərin müraciətini həll edib.
Hər bir seçicini məmnun etmək, onlara xidmət etmək, onlara dövlətin qayğısını hiss etdirmək vəzifə borcu olmaqla bərabər, seçicilərimiz qarşısında bir məsuliyyətdir – deyə Anar Məmmədov vurğulayıb.
Anar Məmmədov qeyd edib ki, öncədən də xəbər verdiyim kimi, seçicilərimiz tərəfindən bizə ünvanlanan müraciətlərə dərhal reaksiya verir və hər birinin operativ şəkildə həll olunmasına çalışırıq.
Əfsuslar olsun ki, 2 dekabr 2020-ci il tarixində Goranboy rayonu Kürəkçay qəsəbəsində ümumi sahəsi 525 m² olan birmərtəbəli çoxmənzilli fin tipli yaşayış evində (arakəsmələri, tavanı və döşəməsi taxta konstruksiyalardan ibarət) ayrı-ayrı vətəndaşlara məxsus 5 mənzilin yanar konstruksiyaları və dam örtüyü 249 m² sahədə yanmışdır.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzil sahiblərindən biri, 1974-cü il təvəllüdlü Verdiyev Altay Paşa oğlu vəfat etmiş, həyat yoldaşı isə yanıq xəsarətləri almışdır.
“Bir neçə gün öncə yanğın nəticəsində yaşayış evləri zərər çəkmiş mənzil sahibləri bizə müraciət etmişdir. Göstərişimiz əsasında nümayəndəmiz ailələrin problemləri ilə maraqlandı, dəymiş zərərlə bağlı müvafiq zəruri işlərin görüləcəyini bildirdi. Bu gün artıq seçicilərimizin müraciəti öz həllini tapdı və nümayəndəmiz səlahiyyətlərimiz çərçivəsində gələcəkdə də lazımı köməkliyin göstəriləcəyini bildirdi.
Sonda bir daha hər bir seçicinin müraciətinə həssas yanaşdığımızı qeyd edərək, qaldırılan problemlərin həlli üçün bütün mümkün addımların atıldığını, karantin rejimində vətəndaşlarla onlayn görüşlərin bundan sonra da davam etdiriləcəyini bildirmək istərdim. İlk gündən qeyd etdiyim kimi, seçicilərimizi narahat edən məsələlərin həlli üçün əlimizdən gələni əsirgəməyəcəyik”-deyə o, əlavə edib.




Xəbəri paylaşın




Digər xəbərlər:
Millət vəkili ilə başçı imtiyazlı ailələrə baş çəkdi
Millət vəkili ilə başçı imtiyazlı ailələrə baş çəkdi
24.09.20, Cəmiyyət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
12.09.20, Cəmiyyət
“Məsələyə “ancaq kasıbların uşaqları şəhid olur” prizmasından yanaşılmanın tərəfdarı deyiləm” – Deputat
“Məsələyə “ancaq kasıbların uşaqları şəhid olur” prizmasından yanaşılmanın tərəfdarı deyiləm” – Deputat
27.08.20, Cəmiyyət
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
20.08.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
MSK seçkiyə yekun vurdu
MSK seçkiyə yekun vurdu
25.02.20, Siyasət
Şikayət olunan dairələr - TAM SİYAHI
Şikayət olunan dairələr - TAM SİYAHI
13.02.20, Siyasət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
MSK seçkilərin saxtalaşdırılması ilə bağlı müraciətlərə baxır
MSK seçkilərin saxtalaşdırılması ilə bağlı müraciətlərə baxır
25.12.19, Sosial