



''VƏTƏN MÜHARİBƏSİ'' döyüşçüsü Zərdab rayon icra başçısına təşəkkür etdi-FOTO

''VƏTƏN MÜHARİBƏSİ'' döyüşçüsü icra başçısı Mərdan Camalova təşəkkür etdi.
Dövlətimiz Vətən Müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiram, diqqət və qayğı göstərir. Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatmış Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Zərdab rayonunda da,qəhrəmancasına və şücaətlə döyüşərək şəhid olmuş və ya yaralanmış hərbi qulluqçularımızın ailələrinə rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən hər zaman diqqət və qayğı göstərilir.
Qanunla.Az xəbər verir ki, Zərdab rayon Dəliqüşçu kənd sakini ''VƏTƏN MÜHARİBƏSİ'' döyüşçüsü Kərimov Ruslan Adil oğlu fərdi yaşayış evində təbii qaz xəttinin çəkilişi üçün Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalova müraciət edib.Müraciətə dərhal yerində baxılıb və 05.01.2021-ci il rayon rəhbərliyi tərəfindən Ruslan Kərimov dəyəri 1200 AZN olan fərdi yaşayış evinə qaz xəttinin çəklişi üçün qaz boruları ilə təmin edilib.
Qəhrəman döyüşçü öz növbəsində məktub vasitəsilə icra başçısına sonsuz təşəkkürlərini bildirib.
Həmin məktubu sizlərə təqdim edirik:
Qeyd edək ki,Zərdab rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən xüsusən də aztəminatlı, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin,hər zaman sosial-rifah halını diqqətdə saxladığı məsələlərdəndir.
Qanunla.Az
Vüqar Rəhimov
Xəbəri paylaşın









