



Vətən müharibəsi qazisi: Təəssüflənirəm ki, tez yaralandım, çünki arzum Şuşaya qədər irəliləmək idi -FOTO

Vətən müharibəsində düşmənə qan udduran hərbçilərimizdən biri də Əhmədzadə Elvin Canəhməd oğludur.
Qanunla.Az xəbər verir ki, Əhmədzadə Elvin Canəhməd oğlu 1996-cı ilin may ayının 9-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Atası Canəhməd Əhmədov Azərişıq ASC-də yüksək vəzifə tutur. "Əməkdar mühəndis"dir. Canəhməd Əhmədov işğaldan azad edilən ərazilərdə elektrik enerji təchizatını dayanmadan gecə-gündüz bərpa edən məmurlardan biridir. Vətən müharibəsi başlayan gündən Elvin döyüşlərə könüllü qatılıb. Füzuli uğrunda gedən ağır döyüşdələrdə fəal iştirak edib. Füzulidə "daş karxanasının" alınmasında bilavasitə iştirak edib. Əhmədzadə Elvin Canəhməd oğlu Füzulidən-Xocavəndə gedən yolda ağır döyüşlərdə tank əlehine raketin mərmisinin atılması nəticəsində yaralanıb.
Bir müddət xəstəxanada müalicə aldıqdan sonra müalicəsini ev şəraitində davam etdirir. Elvind deyirki
təəssüflənirəm ki, tez yaralandım, çünki, arzum Şuşaya qədər irəliləmək idi.
Allahdan şəhidlərimizə rəhmət diləyən qazimiz bu qəhrəmanların öz qanları ilə tarix yazaraq, xalqımızın Vətən həsrətinə son qoyduqlarını qürurla vurğulayıb.



Qanunla.Az
Süleyman Tarverdi
Xəbəri paylaşın









