10
yanvar
2021
18:45
1231


Universal kart

AdRiver


Əziz Ələkbərli: “Qarabağdakı bəzi kəndlərin adları milliləşdirilməlidir"

Xəbər verdiyimiz kimi, işğaldan azad olunmuş  Hadrut qəsəbəsində bərpa işlərinə başlanılıb.

Artıq qəsəbədə yeni ünvanlar təyin olunub və küçə adları bərpa edilib.

Hadrut küçələrinə Azərbaycanın tarixi şəxsiyyətləri ilə yanaşı, Milli Qəhrəman və Qarabağ müharibəsində şəhid olmuş şəxslərin adları verilib.

Ümumiyyətlə, işğaldan azad edilmiş qəsəbə, kənd və şəhərlərə yer adları hansı kriteriyalara əsasən verilməlidir?

Milli Məclisin deputatı, Milli Məclis yanında Toponimiya Komissiyasının üzvü Əziz Ələkbərli  mövzu barədə geniş açıqlama verib.

Deputat qeyd edib ki, 44 günlük müharibədən sonra torpaqlarımızın 30 illik işğaldan azad edilməsi bölgədə yeni bir reallıq yaratdı, millət və dövlət olaraq qarşımızda çox böyük perspektivlər açdı:

“Cənab Prezident bu istiqamətdə ilk addımlarını atdı”

“Bu perspektivlər sırasında birinci yerdə erməni vandalları tərəfindən dağıdılmış ərazilərimizin sürətlə bərpası və Azərbaycan varlığının o torpaqlara qayıtması məsələsi durur. Mən “Azərbaycan varlığının” deyəndə təkcə kəndlərimizin, şəhərlərimizin bərpasını və insanlarımızın o torpaqlara qayıtmasını yox, həm də milli maddi və mənəvi dəyərlərimizin o torpaqlara dönməsini nəzərdə tuturam. Bura toponimlərimizin adlarının özünə qaytarılması, abidələrimizin bərpası, vaxtilə o torpaqlarda ənənə şəkli almış mədəni-kütləvi tədbirlərimizin keçirilməsi və s. aiddir. Cənab Prezident bu istiqamətdə ilk addımlarını atdı, bəzi toponimlərimizin Suqovuşan, Çinarlı adlarını özlərinə qaytardı. Yanvarın 5-də hörmətli Anar Kərimovu mədəniyyət naziri təyin edilməsi ilə bağlı videoformatda qəbul edərkən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etdi və göstəriş verdi ki, 2021-ci ildə Vaqif poeziya günləri və “Xarı bülbül” musiqi festivalının keçirilməsi təmin edilsin”.

“Çingiz Mustafayevin adının həmin Naxçıvanik kəndinə verilməsini də təklif edərdim”

Əziz Ələkbərli bəzi qəhrəmanlarımızın adının işğaldan azad edilmiş ərazilərə verilməsini bu cür əsaslandırıb:

“Ən mühüm məsələlərdən biri işğaldan azad edilmiş ərazilərimizdə toponimiya siyasətidir. Bu məsələdə üç prinsip əsas götürülməlidir: birincisi yaşayış məntəqələrinin tarixi adlarının özünə qaytarılması, ikincisi, yeni ad verilməsi zamanı bu ərazidə yaşayan etnosun və relyefin nəzərə alınması, üçüncüsü, bəzi kəndlərə ərazilərimizn azad edilməsində müstəsna şücaəti ilə seçilmiş və şəhid olmuş qəhrəmanlarımızın adının verilməsi. Məsələn, Milli Qəhrəman Əlif Hacıyevin şərəfinə Xocalı rayonunda kəndlərdən birinə Əlifkənd adı verilə bilər. Və ya Milli Qəhrəman Albert Aqanurov 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub, Şuşa rayonundakı kəndlərdən birinin adı niyə Aqarunov kəndi adlanmasın? Yaxud polkovnik Şikar Şikarov 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub, Ağdərə rayonundakı kəndlərdən birinin adı Şikarkənd, əslən Şuşanın Mirzələr kəndindən olan, yenə də Ağdərə döyüşlərində şəhid olan polkovnik-leytenant Şirin Mirzəyevin adına digər bir kənd Şirinkənd adlana bilər. Xocalı (keçmiş Əsgəran) rayonunun Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə şəhid olan Çingiz Mustafayevin adının həmin Naxçıvanik kəndinə verilməsini də təklif edərdim. Eləcə də Ağdam rayonunda kəndlərdən birinin adını Milli Qəhrəman Allahverdi Bağırovun şərəfinə Allahverdikənd, Mübariz İbrahimovun  şəhid olduğu posta yaxın kəndlərdən birinin adını Mübarizkənd, general Polad Həşimovun şərəfinə kəndlərdən birinin adını Poladkənd qoymaq olar”.

“Bəzi kəndlərin adları milli adlarımızla əvəz olunmalıdır”

Deputat İkinci Qarabağ savaşında xidmətləri olan şəxslərin də adını çəkərək kəndlərimizə verilməsini təklif edib:

“Bura 2-ci Qarabağ müharibəsində müstəsna xidməti olan və şəhid olmuş bəzi qəhrəmanlarımızın da adlarını əlavə etmək olar.

Mən, bir mütəxəssis və Milli Məclisin Toponimiya Komissiyasının üzvü kimi, kəndlərimizin tarixi adlarının dəyişdirilməsinin tərəfdarı deyiləm, lakin işğaldan azad edilən rayonlarımızda adları dəyişdiriləsi o qədər kəndlərimiz var ki. Məsələn, Laçın rayonunda Birinci Tığik, Dəyhan, Fingə, Katos, İkinci Tığik, Mişni, Vağazin, Qubadlı rayonunda Deşdahat, Hat, Xocik, Kavdadıq, Füzuli rayonunda Quraşdırma ev, Mandı, Mandılı, Merdinli, Cəbrayıl rayonunda Papı, Safarşa, Xocavənd rayonunda Arakül, Bilbilyak, Cəmiyyət, Çartar, Güneyçartar, Quzeyçartar, Kuropatkino, Qağartsi, Mavas, Ninqican, Skobelyovka, Spitakşen, Susanlıq, Tağaser, Tağaverd, Xocalı rayonunda Naxçıvanik, Suncinka, Ağdərə rayonunda Minqrelsk, Getavan, Qasapet kimi o qədər kəndlər var ki, bu kənd adları nə anlam daşıyır – bilinmir. Belə kəndlərin adları milli adlarımızla əvəz olunmalıdır”

“Dərəçiçək, Oxçoğlu, Sarıyaqub və s. yüzlərlə toponimimizə niyə ikinci həyat verilməsin?!”

Əziz Ələkbərli bu məsələdə bizim tarixi torpaqlarımız olan Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən dəyişdirilmiş, lakin milli dəyərlərimizin bir parçası olan toponimlərimizdən də istifadə etməyin zəruriliyini qeyd edib:

“Məsələn Uluxanlı, Dərəçiçək, Oxçoğlu, Sarıyaqub, Pəmbək, Əmirxeyir, Arçut, Toxluca və s. yüzlərlə toponimimizə niyə ikinci həyat verilməsin?!

O ki qaldı küçə, məktəb, mədəniyyət evi və s.-yə qəhrəman şəhidlərimizin adının verilməsinə, bu, təkcə işğaldan azad edilmiş ərazilərdə yox, bütün ölkədə həyata keçirilməlidir. Onlar Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı, dövlətçiliyimizin möhkəmlənməsi, bizim milli qürurumuzun ucalığı naminə həyatlarını qurban veriblər, biz də onların adlarına həyat verməyə, onların adlarının əbədiləşdirməyə borcluyuq”.

Xəbəri paylaşın




Digər xəbərlər:
Prezidentə yazırlar: Qızıldan büstünüzü görmək istəyirik
Prezidentə yazırlar: Qızıldan büstünüzü görmək istəyirik
09.12.20, Siyasət
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
22.05.20, Cəmiyyət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət