11
yanvar
2021
14:48
1858


Universal kart

AdRiver


Nəşi 44 gün neytral zonada qalan kapitanın xanımı üçün çəkdiyi son kadrlar: "Şəhid olsam, bilin ki..." - VİDEO + FOTOLAR

Həyatda çox çətinlikləri olsa da, heç biri onu qüvvədən sala bilməyib. Əksinə, o, əzmi ilə daha da dik durub həyatla üz-üzə. Söhbət Vətən Müharibəsi vaxtı canından keçən qəhrəmanımız Hatəmxan Məti oğlu Quliyevdən gedir.
Əslən Cəbrayıl rayonundan olan Hatəmxan Quliyev 24 mart 1990-cı ildə Sumqayıt şəhərində dünyaya gəlib. Sumqayıt şəhərində 4 nömrəli məktəbi 9-cu sinfə qədər oxuyub. 2005-ci ildə sənədlərini C. Naxçıvanski adına hərbi liseyə verib. 2008-ci ildə oranı bitirərərk, Ali Hərbi Məktəbə daxil olub. 2012-ci ildə oranı bitirib. 1 il Təlim Tədris Mərkəzində oxuyub. Mərkəzdə təhsilini bitirdikdən sonra təyinatını əvvəl Agcakənddəki, daha sonra isə Mingəçevirdəki N saylı hərbi hissəyə alıb. 2019-cu ildən isə xidmətini Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə davam etdirib. Vətən Müharibəsindən əvvəl Aprel döyüşlərində də iştirak edib. Hatəmxan Quliyev Azərbaycan Silahlı Qüvvələrinin sırasında kapitan rütbəsilə taborun qərargah rəisi olub. 
Onun haqqında Yeniavaz.com-a həyat yoldaşı Aytac Quliyeva danışıb:
"Hatəmxan kiçik yaşlardan çox çətinliklərlə üzləşib. Bir yaşında atasını itirib. Anası onu min bir əziyyətlə böyüdüb, boya-başa çatdırıb. Daha sonra anası ilə qardaşını da avtomobil qəzasında itirib. Amma buna baxmayaraq təhsilini uğurla başa vurub. 2018-ci ilin 23 dekabrında ailə həyatı qurduq. Hatəmxan gözəl insan, sakit, səbrli, sadiq, diqqətcil biri idi. İşi barədə məlumat verməyi sevməzdi, amma arada torpaqlarımızın işğal altında olmasından danışırdıq. Çox məyus olurdu. Vətənpərvər insan idi. İnsanı nigaran qoymağı sevməzdi. Dünya dağılsaydı da, deyərdi hər şey yaxşıdır".
Şəhid zabitimizin həyat yoldaşı onun harada döyüşdüyü və necə şəhid olması ilə bağlı da məlumat verib:
" Hatəmxangil müharibə başlayan kimi bir erməni postunun alınmasında iştirak edib. 29 sentyabrda isə Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Döyüş yoldaşları deyir ki, o, ilk ayağından yaralanıb. Amma döyüş meydanını tərk etməyib ki, əsgərləri tək qalmasın. Döyüş yoldaşları yarasını sarıyıb. Belə davam edib. Amma növbəti dəfə snayperçi onu başından vurub. Nəşi 44 gün neytral zonada qalıb və Zəfər günündən 1 gün sonra çıxarılıb. Sonra DNT analizi verilib, 10 gündən sonra analiz təsdiqini tapıb. Nəşi 24 noyabrda gətirilib, 2-ci Fəxri xiyabanda dəfn olunub".
Zabitimiz şəhid olmadan öncə həyat yoldaşı üçün video lentə alıb və sön sözlərini söyləyib:
"Keçidə hazırıq. Keçirik. İnşallah qələbə bizim olar. Amma işdir şəhid olsam, bilin ki, Vətən uğrunda olmuşam. Haqqınızı halal edin. Aytac səni sevirəm, həmişə də sevmişəm, bunu bil. İnşallah sənin duaların sayəsində sağ qalarıq. Keçərik, düşmən üzərində qələbə qazanarıq. Əgər nəsə olsa, haqqını halal et".
 

Xəbəri paylaşın




Digər xəbərlər:
Doğma torpağında şəhid olan zabitin SONUNCU ZƏNGİ - Ürəyinə daman başına gəldi - FOTOLAR
Doğma torpağında şəhid olan zabitin SONUNCU ZƏNGİ - Ürəyinə daman başına gəldi - FOTOLAR
23.11.20, Cəmiyyət
Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir - FOTO
Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir - FOTO
15.09.20, Cəmiyyət
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
12.09.20, Cəmiyyət
Prezident onları təltif etdi - SİYAHI
Prezident onları təltif etdi - SİYAHI
23.06.20, Siyasət
İlham Əliyev 3 fərman imzaladı
İlham Əliyev 3 fərman imzaladı
01.06.20, Siyasət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
24.12.19, Siyasət