11
yanvar
2021
17:23
1561


Universal kart

AdRiver


Peşədaxili müzakirəni başqa istiqamətdə təhrif etmək qəti şəkildə yolverilməzdir-Anar Bağırov

Qanunla.Az xəbər verir ki,Vəkillər Kollegiyasının sədri Anar Bağırov KİV-i üçün açıqlama verib.
Həmin açıqlamanı sizlərə təqdim edirik:

Hörmətli jurnalistlər, çox təşəkkür edirəm!
Kollegiyanın ümumi fəaliyyətinə, habelə vəkil qurumlarına və fərdi vəkillərə göndərdiyim xidməti məktubuma belə həssaslıqla yanaşırsınız. 
Məlum olduğu kimi, ölkədə 1844 nəfər vəkil var, barmaqla sayılası bir neçə kassasiya və əlavə kassasiya şikayətində diqqətsizlik olub, səhv aşkarlanıb. Bunu bütün vəkillərdən narazılıq kimi təqdim etməklə məsələni təhrif etmək kimə və nə üçün lazımdır?!
Nəzərə alın ki, məhz bizim vəkillərimizin şikayətləri əsasında hər il müxtəlif instansiya məhkəmələrin qəbul etdikləri minlərlə qətnamə, qərardad, qərar və hökmlər tam və ya qismən ləğv olunur, dəyişdirilir.
Bəzən 3 hakimdən ibarət məhkəmə tərkibinin qərarı bir vəkilin əsaslı şikayəti əsasında ləğv olunur. Təbii ki, heç vaxt razı olmaram ki, bu, hakimlərin peşəkarlığının aşağı səviyyəsi ilə izah olunsun və cəmiyyətə bu cür təqdim edilsin. Səhv mümkündür və heçkəs səhvdən sığortalanmayıb. 
İşçi qaydada yazışmanı və peşədaxili müzakirəni başqa istiqamətdə təhrif etmək qəti şəkildə yolverilməzdir. Bunu peşəkar jurnalistikaya yaraşdırmıram və bu məlumatı KİV-ə göndərən vəkil həmkarları daha məsuliyyətli olmağa, peşə maraqlarını şəxsi maraqlara qurban verməməyə və ciddiyyətə dəvət edirəm.

Xəbəri paylaşın




Digər xəbərlər:
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
30.06.20, Siyasət
Azərbaycanda vəkillər ilk dəfə onlayn and içdi - FOTO
Azərbaycanda vəkillər ilk dəfə onlayn and içdi - FOTO
06.06.20, Hüquq
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
İlham Əliyev 4 sərəncam imzaladı
İlham Əliyev 4 sərəncam imzaladı
06.05.20, Siyasət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət