01
fevral
2021
10:08
1490


Universal kart

AdRiver


Творческий конкурс Адели

Qənirə Paşayeva qəhrəman şəhidimiz Tural Hümmətovun bacısı ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, Lənkəran şəhər Mədəniyyət Mərkəzində kurs rəhbəri olmuş Tural Rövşən oğlu Hümmətovun bacısı Gülüş Allahverdiyeva ilə Mədəniyyət Komitəsində görüşüb, şəhid mədəniyyət işçisinin ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:
“Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin ailə üzvüsüz. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox şəhid ailələrinin üzvləri haqq edir. Biz Sizə minnətdarıq! Şəhid əsgərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Tural Hümmətov Vətən Müharibəsində iştirak edərkən Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəlib.
Şəhidimiz Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Tural kimi gənclərimizlə hər zaman qürur duyacağıq!
Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz, tapınaqlar Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin mədəni ənənələrini, ümumən mədəni həyatı canlandırmaq imkanları yaranıb.
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm!
Şəhid mədəniyyət işçisinin anası Cəmilə xanım Hümmətovaya Mədəniyyət Komitəsi adından ünvanlanmış Məktub, şəhidin bacısı G.Allahverdiyevaya təqdim edilib.

Xəbəri paylaşın




Digər xəbərlər:
Qənirə Paşayeva qəhrəman şəhidimiz Rauf Əliyevin ailəsi ilə görüşüb
Qənirə Paşayeva qəhrəman şəhidimiz Rauf Əliyevin ailəsi ilə görüşüb
29.01.21, Cəmiyyət
Qənirə Paşayeva şəhid mədəniyyət işçisinin ailəsi ilə görüşüb
Qənirə Paşayeva şəhid mədəniyyət işçisinin ailəsi ilə görüşüb
28.01.21, Cəmiyyət
Qənirə Paşayeva şəhid Baş leytenant Orxan Emnalıyevin ailəsi ilə görüşüb-FOTOLAR
Qənirə Paşayeva şəhid Baş leytenant Orxan Emnalıyevin ailəsi ilə görüşüb-FOTOLAR
21.01.21, Cəmiyyət
Qənirə Paşayeva qəhrəman şəhid Nurlan Ağakişiyevin atası Etibar Ağakişiyevlə görüşüb
Qənirə Paşayeva qəhrəman şəhid Nurlan Ağakişiyevin atası Etibar Ağakişiyevlə görüşüb
19.01.21, Cəmiyyət
Deputat Qənirə Paşayeva şəhid Məmmədağa Bağırovun atası Həsənağa Bağırovla görüşüb-FOTO
Deputat Qənirə Paşayeva şəhid Məmmədağa Bağırovun atası Həsənağa Bağırovla görüşüb-FOTO
18.01.21, Cəmiyyət
Qənirə Paşayeva qəhrəman şəhidimiz Qadir Heydərovun atası Ədalət Heydərovla görüşüb-FOTO
Qənirə Paşayeva qəhrəman şəhidimiz Qadir Heydərovun atası Ədalət Heydərovla görüşüb-FOTO
18.01.21, Cəmiyyət
Qənirə Paşayeva qəhrəman şəhidimiz Nəcməddin Bədirovun atası ilə görüşüb
Qənirə Paşayeva qəhrəman şəhidimiz Nəcməddin Bədirovun atası ilə görüşüb
16.01.21, Cəmiyyət
Şəhid atası Prezidentə məktub yazdı
Şəhid atası Prezidentə məktub yazdı
12.01.21, Cəmiyyət
Qənirə Paşayeva 2 medalla təltif edilmiş qəhrəman şəhidimizin atası ilə görüşüb
Qənirə Paşayeva 2 medalla təltif edilmiş qəhrəman şəhidimizin atası ilə görüşüb
03.01.21, Cəmiyyət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm