01
fevral
2021
10:23
1648


Universal kart

AdRiver


Творческий конкурс Адели

Düşmənə sarsıdıcı zərbələr endirən, 4 güllə yarası alan qazi

Azərbaycan hərbçiləri 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq sərgilədilər. Əsgər və zabitlərimiz bununla da ordumuzun gücünü, qələbə əzmini bir daha düşmənə sübut etdilər. Hərb tariximizə salnamə yazan ordumuzun qəhrəman əsgərlərindən biri də Balakən rayonundan olan Məhəmməd Qalakiyevdir.
Qanunla.Az xəbər verir ki, Qarabağ müharibəsi zamanı ağır güllə və qəlpə yaraları alan qazi ilə həmsöhbət olub.
Məhəmməd Cavad oğlu Qalakiyev 2001-ci ildə Balakən rayonunun Xalatala kəndində anadan olub. Orta təhsilini kənd məktəbində bitirdikdən sonra 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb və ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsinə qatılıb. Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edən Məhəmməd bir sıra əməliyyatlarda şəxsi şücaətləri ilə seçilib, buna görə də əsgər yoldaşları arasında hörmət qazanıb.
Onun ilk uğurlu döyüşü Füzulinin Alxanlı kəndində olub. Alxanlı istiqamətində döyüş yoldaşları ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirib. Onun canlı qüvvəsini məhv edib. Lakin ağır yaralandığı üçün döyüşləri yarımçıq qoymaq məcburiyyətində qalıb.
Məhəmməd 4 güllə yarası alıb. Qəlpələrdən ikisi cərrahi əməliyyatla çıxarılıb. Xəstəxanada müalicə aldığı 3 ay müddətində dövlət tərəfindən qayğı ilə əhatə olunan Məhəmmədin bədənində qalan digər iki mərminin çıxarılması üçün növbəti dəfə cərrahi əməliyyat nəzərdə tutulur.

Xəbəri paylaşın




Digər xəbərlər:
Şəhid atası Prezidentə məktub yazdı
Şəhid atası Prezidentə məktub yazdı
12.01.21, Cəmiyyət
Prezidentə yazırlar: Qızıldan büstünüzü görmək istəyirik
Prezidentə yazırlar: Qızıldan büstünüzü görmək istəyirik
09.12.20, Siyasət
Şuşaya bu cür hücum etdik: bıçaq, tapança və... - Qazi
Şuşaya bu cür hücum etdik: bıçaq, tapança və... - Qazi
26.11.20, Siyasət
Doğma torpağında şəhid olan zabitin SONUNCU ZƏNGİ - Ürəyinə daman başına gəldi - FOTOLAR
Doğma torpağında şəhid olan zabitin SONUNCU ZƏNGİ - Ürəyinə daman başına gəldi - FOTOLAR
23.11.20, Cəmiyyət
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir - FOTO
Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir - FOTO
15.09.20, Cəmiyyət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Prezident onları təltif etdi - SİYAHI
Prezident onları təltif etdi - SİYAHI
23.06.20, Siyasət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət