01
fevral
2021
15:23
1992
Zərdab rayon Sarıqaya kənd tam orta məktəbi üçün tikilmiş modul tipli bina istifadəyə verilib-FOTOLAR

Zərdab rayon Sarıqaya kənd tam orta məktəbi üçün tikilmiş modul tipli bina istifadəyə verilib.
Son illərdə ölkəmizdə bütün sferalarda olduğu kimi, təhsil sahəsində də həyata keçirilən uğurlu islahatlar təhsilalanlar üçün əlverişli tədris mühitinin formalaşmasına səbəb olmuşdur. Dövlət başçısı cənab İlham Əliyevin təhsil sahəsinə xüsusi diqqət və qayğısının nəticəsidir ki, ölkəmizdə nəhəng təhsil infrastrukturu formalaşmış, təhsilin maddi-texniki bazası möhkəmlənmişdir. Əlbəttə ki, dövlətimizin ali qayğısı təhsilin kəmiyyət və keyfiyyət göstəricilərinin gündən günə yaxşılaşmasına, təhsilin ilk məqsədi olan nümunəvi vətəndaş yetişdirilməsi prosesinə birbaşa zəmin yaratmışdır.
Sevindirici haldır ki, rayonumuzda da son illərdə yeni məktəb binaları tikilərək təhsil ictimaiyyətinin istifadəsinə verilmişdir. 01.02.2021-ci ildən etibarən Sarıqaya kənd tam orta məktəbinin şagirdləri artıq təhsillərini yeni tədris binasında davam etdirəcək. Qeyd edək ki, məktəb Qarabağ müharibəsində şəhid olmuş Qarayev Mansur Şirvan oğlunun adını daşıyır. 2020/2021-ci dərs ilinin ikinci yarımilinin başlanması münasibətilə Zərdab RTŞ-nin müdiri Gülağa İsgəndərov məktəbdə olmuşdur.Şəhidin abidəsi önünə gül dəstələri qoyulmuş, ruhuna ehtiram bildirilmişdir. Həmçinin məktəb rəhbərliyinə xüsusi karantin rejimi dövründə tədrisin müvafiq qaydalar çərçivəsində təşkilinə dair tapşırıq və tövsiyələr vermiş, şagird və müəllim heyətinə yeni-yeni təhsil nailiyyətləri arzulamışdır.





Xəbəri paylaşın
Digər xəbərlər:

Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir - FOTO

Zahid Orucdan sensasion yazı

Prezident müəllim, tələbə və şagirdlərə müraciət etdi

Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları

Dünya İВ, Azərbaycan və Rus bölməsi məktəblilərinin 250-dən artıq valideyinləri məktəbin rəhbərliyindən Mehriban Əliyevaya şikayət etdilər

"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar

Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR

Baş Nazir yeni qərar imzaladı

Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!

Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb