Şəhid Sənan Axundovun oğlu Tahir Axundov gənclər günündə rütbə alıb-FOTOLAR

«Aprel şəhidi» Sənan Axundovun oğlu Tahir Axundov gənclər günündə rütbə alıb.
Qanunla.Az Modern.az-a istinadən xəbər verir ki, ona Sankt Peterburqda təhsil aldığı Ali Hərbi Tibb Akademiyasında kiçik çavuş rütbəsi verilib. Tahir Axundova çavuş rütbəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrininn Rusiya Federasiyasındakı hərbi attaşesi polkovnik Nadir Şahbazovun təqdimatı əsasında verilib.
Tahir Axundovun anası Nəcibə Axundova bu barədə məlumat verib. O, oğlunun timsalında bütün gəncləri təbrik edib.
"Bu gün Gənclər Günüdür. Mən hal-hazırda Sankt-Peterburqda “Ali Hərbi Tibb Akademiyası" nda 2-ci kursda müalicə işi üzrə təhsil alan oğlum Tahir Axundovu və onun timsalında bütün gənclərimizi təbrik edirəm. Bildiyiniz kimi, Tahir 2-ci kurs tələbələri arasında nizam-intizamı və nailiyyətləri ilə seçildiyinə görə kiçik çavuş rütbəsi ilə təltif edilib. Mən Müdafiə Nazirliyinə buna görə öz təşəkkürümü bildirirəm. Oğlumun timsalında hər bir Azəri gəncin güclü şəxsiyyət olaraq dövlətə xidmət etmək üçün güclü təhsil almaqlarını arzu edirəm. Tahir Ali Hərbi Tibb Akademiyasının rektoru, hərbi tibb xidməti general-mayoru Bunin, daha sonra general-mayor Kryukov tərəfindən 3 dəfə Fəxri Fərmanla təltif edilib.
Canım oğlum, Gənclər Günün mübarək!"
Onun atası polkovnik-leytenant, Kəşfiyyat İdarəsinin rəisi Sənan Axundov 2016-cı ildə aprel ayında şəhid olub. Azərbaycanda Vətən müharibəsi başlayanda, Sank-Peterburqda təhsil alan şəhidin vətənpərvər oğlu Tahir Axundov ərizə yazaraq, döyüşlərdə iştirak etmək istədiyini bildirib.
Xəbəri paylaşın









