03
fevral
2021
09:30
1122
DTX Rasim Məmmədov barədə məlumat yaydı

Baku Steel Company MMC-nin Müşahidə Şurasının sədri Rasim Hikmət oğlu Məmmədovun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılmışdır.
Qanunla.Az DTX-nin saytına istinadən xəbər verir ki, başlanılmış cinayət işi üzrə Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunmuşdur.Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaşın
Digər xəbərlər:

Vüqar Səfərli həbs edildi

"Azərxalça"nın rəhbəri həbs edildi

Dövlət büdcəsindən 2 milyon ələ keçirən məmurlar və iş adamı kimdir? — Şok faktlar

Prezident onları təltif etdi - SİYAHI

Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə

Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR

Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib

Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı

Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları

İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman